Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası Qurjaani rayonunun Kaçreti kənd sakini, 55 yaşlı Zviad Mtavrişvilinin ölümü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Ailə üzvlərinin sözlərinə görə, Zviad Mtavrişvili ölümündən bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən döyülüb və o, başından ölümcül xəsarətlər alıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncənin qadağan edilməsi) maddələri ilə qorunan hüquqların dövlət tərəfindən pozulması faktı qeydə alınıb.
Zviad Mtavrişvili 2019-cu il martın 22-də polis tərəfindən həbs edilib. Polis izahatına əsasən kişinin azyaşlı qardaşı qızı 112-yə zəng edərək əmisinin, ailə üzvlərini evdən qovmaq istədiyini bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs barəsində həbs qəti imkan tədbiri seçilərək, onun azyaşlının anası ilə hər hansı ünsiyyətinə məhdudiyyət qoyulub.
Zviad Mtavrişvili hadisədən on gün sonra, aprelin 1-də Qurjaani xəstəxanasına yerləşdirilib. O, huşsuz vəziyyətdə idi. Müayinələr nəticəsində onun travmatik subdural qansızması olduğu təsdiqlənib. Həmin gün o, Tbilisidəki Quduşauri xəstəxanasına köçürülüb və aprelin 15-də orada dünyasını dəyişib.
Sağlamlıq vəziyyəti ilə bağlı təqdim olunan hesabatda Zviad Mtavrişviliyə “koma, qapalı kəllə-beyin zədəsi, sol yarımkürənin travmatik subdural hematoması, baş beynin kontuziyası, ara strukturların zədələnməsi, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulduğu qeyd olunub."
“Ailə üzvlərinin və yaxınlarının sözlərinə görə, Zviad Mvarişvili komaya düşməməzdən əvvəl onlara deyib ki, martın 22-də həbs olunduqdan sonra polis onun əl-qolunu bağlayıb və başına hissəsinə şiddətli zərbələr endirib”.
“Evə qayıdanda baş ağrısından şikayətləndi. Onun səhhəti ikinci gündən pisləşib. Yaddaşında problemlər yaranmağa başladı. Həkimə getmədi. Aprelin 1-də huşunu itirdikdən sora xəstəxanaya apardıq”, - deyə mərhumun bacısı bildirir.
Daxili İşlər Nazirliyi Mtavrişvilinin ölümündən dərhal sonra qeyri-insani rəftar və işgəncə iddialarını təkzib edib. Nazirlik bildirib ki, onlar Kaçreti polis bölməsindəki videokamera yazılarına baxıb, Zviad Mtvarişvili ilə birbaşa əlaqədə olan polislərdən müsahibə alının, lakin heç bir zorakılıq və ya təhqir öz təsdiqini tapmayıb.
Kaxeti Rayon Prokurorluğu Zviad Mvarişvilinin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 333-cü, yəni zor tətbiq etməklə və ya silahdan istifadə etməklə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə istintaqa başlayıb.
Ölən və zərərçəkmiş iki ildən sonra tanınıb, hadisədən üç il keçməsinə baxmayaraq, istintaq hələ də tamamlanmayıb.
Gənc Hüquqşünaslar Assosiasiyasından verilən məlumata görə, istintaq orqanı müvafiq ekspertizanın keçirilməsini tam təmin edə bilməyib, aparılan prosessual və istintaq tədbirləri bir sıra nöqsanlarla xarakterizə olunur. Stasburq məhkəməsinə təqdim etdiyi şikayətdə “GGHA” iddia edir ki, dövlət nəinki iş üzrə səmərəli və hərtərəfli araşdırma aparmaq öhdəliyini pozub, həm də Zviad Mvarişvilinin ölümü, bir başa dövlət rəsmilərinin - polis əməkdaşlarının hərəkətlərinin birbaşa nəticəsidir.