“Ailəsinə, qohumlarına və yaxınlarına başsağlığı vermək istəyirəm. Vəziyyətin nə qədər çətin olduğunu yaxşı təsəvvür edirəm. Mən də bədbəxtəm. Dəhşətli bir fakt baş verdi və bu, hamı üçün ən çətin olanıdır. İstintaq təbii ki, hər şeyi müəyyən edəcək. Cinayət törədən hər kəs qanun qarşısında cavab verəcək, o cümlədən mən, əgər mənim hər hansı cinayətim varsa, qanun qarşısında cavab verməyə hazıram”, - Tbilisi meri Kaxa Kaladze “New Hospitals”da Vake parkda yaralanan uşağı ziyarət etdiyi zaman deyib. 13 yaşlı uşaq süni tənəffüs aparatındadır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dünən Tbilisidə Vake parkının ətrafındakı yeni bərpa olunan fəvvarədə üç uşağı elektrik cərəyanı vurub. Uşaqlar fəvvarənin içinə top atdılar və onu almaq üçün suya girdilər. 13 yaşlı Marita Meparişvili Xeçinaşvili klinikasında dünyasını dəyişib, digərinin səhhəti ağırdır. Üçüncü yeniyetmə isə İaşvili klinikasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
Şəhər meri Kaxa Kaladze və sakrebulonun sədri Giorgi Tkemaladze bir gün əvvəl, oktyabrın 12-də bərpası 13 milyon lariyə başa gələn fəvvarə ilə tanış olub, ictimaiyyəti “son onilliklərin ən böyük layihələrindən birinin uğurla başa çatması” münasibətilə təbrik ediblər.
“Mən fəvvarənin yanında idim, işimi görürdüm. İnsanların səsini eşitdim, uşaqlar “boğulurlar” deyə qışqırırdılar, kömək istəyirdilər. Səs-küyə qaçdım gəldim.
Gələndə uşaqların suda boğulduğunu gördüm. İş paltarımla hovuza girdim, üç uşaq boğulurdu. Biri yaxınlıqda hovuzda idi. Yaxınlaşdıqca elektrik cərəyanı vururdu. Gedib çıxartdım. Mən hovuzdan çıxmadım. Uşağı ora toplaşanlar götürüdülər. Gördüm ki, iki uşaq hələ də içəridə su altında qalıb. İkinciyə getdim, elektrik hələ də vururdu, amma onu çıxara bildim. Yenidən döndüm, amma üçüncüyə çata bilmədim. Cərəyan o qədər güclü idi ki, məni yıxırdı, yaxınlaşa bilmədim, bədənim daha dözə bilmədi.
Mən əvvəl iki uşağı çıxardım, üçüncü uşağı çıxarmağa gec qaldım. Sonra fəvvarəni söndürdülər. Buradakı insanlar uşaqlara ilkin tibbi yardım göstəriblər. Üçüncüsü elektrik kəsiləndə çıxardıq. Bu üç nəfərdən yalnız biri başını hərəkət etdirə bilirdi, ikisi nəfəs almırdı, huşsuz idilər. Təcili yardım briqadaları tez gəldilər və uşaqları apardılar. Sonra eşitdim ki, qız ölüb. Çox ağırdır və ailəsinə başsağlığı verirəm”, - Vake parkının bağbanı Devi Mezurnişvili “Gürcüstan xəbərləri”nə bildirib.
Uşaqlar Tbilisidəki 55 saylı dövlət məktəbində oxuyurdular. Təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili deyib ki, onlar dünən dərsdə olmayıblar, bu barədə sinif rəhbəri valideynlərə məlumat verib.
Polis faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci hissəsi (təhlükəsizlik qaydalarını pozma) ilə araşdırmalara başlayıb. Nazir müavini Aleksandre Daraxvelidzenin izah etdiyi kimi, araşdırma zamanı ixtisaslar dəqiqləşdirilib. Cinayət Məcəlləsinin 240-cı maddəsinin birinci və ikinci hissələri ilə istintaq davam etdirilir - elektrik obyektində təhlükəsizlik qaydalarının pozulmasını, hansı ki insan tələfatı ilə nəticələndi. Cinayət 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Vake-Saburtalo-nun baş bölməsində əməliyyat-axtarış tədbirləri çərçivəsində işləri yerinə yetirən “Qrinservis +” MMC-nin direktoru, təsisçiləri və digər əməkdaşlarının dindirilməsi aparılır. Həmçinin obyektə baxış keçirmiş şəxslərlə də müsahibə keçiriləcək. Tiflis meriyasının müvafiq xidmətlərinin, o cümlədən Tbilisi Bələdiyyə Laboratoriyasının əməkdaşlarının sorğusu fəal şəkildə aparılır və davam etdiriləcəkdir. İstintaq layihə-tikinti işlərinin sənədləşdirilməsini, ekspert rəylərini və qəbul-təhvil aktlarını ətraflı öyrənəcək. Bundan əlavə, Tbilisi Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsi hadisə zamanı Vəki parkının ərazisində olan azyaşlılarla bağlı araşdırma aparır. Tbilisidəki 55 saylı dövlət məktəbinin 8-ci sinif şagirdləri, müəllimləri, məktəb rəhbərliyi və mandator xidmətinin nümayəndələri arasında sorğu aparılır. Müvafiq ekspertizalar və istintaq hərəkətləri başa çatdıqdan sonra bütün təqsirkar şəxslərin şəxsiyyəti müəyyən ediləcək, onlar qanunun tam sərtliyi ilə cəzalandırılacaq”, - deyə daxili işlər nazirinin müavini bildirib.