14 yaşlı Aytac Şahmarovanın qətlində təqsirləndirilən “əri” ömürlük həbs cəzasına məhkum edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Telavi rayon məhkəməsinin hakimi Mamuka Tsiklauri 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə təqsirləndirilən Alim Sadıqova ömürlük həbs cəzası verib. Bu gün keçirilən məhkəmə iclasından sonra təqsirli hökmü elan edilib. İş azyaşlıya aid olduğu üçün proses mediaya qapalı keçirilib.

“İndi özümü elə hiss edirəm ki, sanki övladım sağdır. Bu çox ədalətli qərar idi. O, ömürlük həbs cəzasına layiqdir. Övladımı qəsdən öldürdü. Gözlərinin içinə baxıb dedim ki, qadına əl qaldırıb öldürdüyü üçün kişi deyil. Qızımın evli olduğunu bilmirdim. Tezliklə gələcəkdim və bu baş verdi. Bu işdə günahı olan hər kəs cəzasını almalıdır”, - deyə Aytac Şahmarovanın atası İsa Şahmarov jurnalistlərə bildirib.

2023-cü ilin oktyabrın 6-da Saqareco bələdiyyəsinin Ləmbəli kənd sakini, 26 yaşlı Alim Sadıqov odlu silahdan açdığı atəşlə 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirib.

Qətldən bir neçə ay əvvəl Sadıqov Dmanisi bələdiyyəsinin Qarabulax kənd dövlət məktəbinin 8-ci sinif şagirdi Aytac Şahmarovanı zorla nikaha salmaq məqsədilə qaçırıb. Azyaşlı qız qaça bilsə də, ailə üzvləri onu Lambəliyə geri qaytarıblar. İş materiallarına görə, Alım Sadıqov azyaşlıya təcavüz edib.

Sadıqov Cinayət Məcəlləsinin 4 maddəsi ilə cəzalandırılıb - yetkinlik yaşına çatmayan ailə üzvünü cinsiyyət motivi ilə qəsdən adam öldürmə; Yetkinlik yaşına çatmayan şəxs haqqında əvvəlcədən xəbərdar olan cinayətkarın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi; yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı zərərçəkmiş şəxsin köməksizliyindən istifadə edərək zorlama; Qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama.

Aytac Şahmarovanın işi üzrə qətlə yetirilən qızın anası və dayısı də daxil olmaqla ümumilikdə 5 nəfər saxlanılıb. Prokurorluq onları azyaşlını zorla ərə verməkdə və cinayət barədə məlumat verməməkdə ittiham edir. Həbsdən əvvəl ana bildirib ki, Alim Sadıqov qızı aparacağı təqdirdə onu öldürəcəyi ilə hədələdiyi üçün ondan qorxub, istintaq materiallarına görə isə o Sadıqovu imkanlı olduğuna görə kürəkəni kimi xoşuna gəlib.

2014-2023-cü illərdə Gürcüstanda 200-dən çox qadın, o cümlədən ötən il 24 qadın qətlə yetirilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur