Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze prokurorluğun vəsatətini təmin edərək, Saqarecoda qətlə yetirilən 14 yaşlı qız, Aytac Ş-nın anası və dayısı haqqında həbs-qətimkan tədbiri seçib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorun sözlərinə görə, 14 yaşlı qızın “nişan”ını, yəni cinayəti təşkil edən ana olub.
“Biz ilkin olaraq həm dayı, həm də ana haqqında həbs-qətimkan tədbiri ilə bağlı müvafiq hökm çıxarılmasını tələb etdik, lakin Rustavi Şəhər Məhkəməsi ana barədə bu cür vəsatəti təmin etmədi. İttiham tərəfi mövqeyini dəyişməyib və biz məhkəmədə bir daha əsaslandırdıq ki, ana niyə həbsdə olmalıdır.
Cinayətin təşkilatçısı ana olub. Qız onun planına əsasən birlikdə yaşamaq istəmədiyi kişi ilə birgə yaşayıb.
Müvafiq olaraq biz hesab edirik ki, qızın sonrakı ölümünə birbaşa töhfə verən şəxs anadır.
Ana yaşca böyük, müvafiq olaraq, imkanlı kişini bəyənən adam olub, ana bu yaşlı kişi tərəfindən onun uşağının nişanlanmasının təşkilatçısı olub və sonra artıq qaçırılan qız ona zəng edib, ondan kömək istəyib, geri qayıtmağı xahiş etdikdə bu uşağı qaçırana qaytaran da məhz ana olub”, - deyə prokuror bildirib.
Prokurorluq hər iki təqsirləndirilən şəxsi nikaha məcbur etməkdə və cinayət barədə məlumat verməməkdə ittiham edir. Yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur etməyə görə Cinayət Məcəlləsində iki ildən dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur, ağır cinayət barədə xəbər verməməyə görə isə iki ildən altı ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Oktyabrın 6-da 14 yaşlı Aitac Ş-a Saqareconun Ləmbəli kəndində yayda onu evlənmək üçün qaçıran 26 yaşlı kişi tərəfindən qətlə yetirilib. Prokurorluğun bu gün yaydığı məlumatda bildirilir ki, azyaşlı qaçıran şəxslə yaşamaq istəməyib, gizlicə qaçmağa müvəffəq olub, tanımadığı şəxsin mobil telefonu ilə anası ilə əlaqə saxlayıb və onun qaçırılması barədə məlumat verib və bu barədə məlumat əmisinə də məlum olub, lakin qızı qaçıranla yaşamağa məcbur ediblər.
İttiham irəli sürülməzdən əvvəl qətlə yetirilən qızın anası bildirib ki, qaçıran şəxs qızının qaçırılması barədə polisə məlumat verərsə, onu öldürməklə hədələyib.
Uşağın qaçırılması barədə qaçıranın ailə üzvləri və qonşuları da xəbərdar olublar. İctimai məktəblərdə tədis başlandıqdan sonra üç həftə ərzində qız Dmanisi kəndindəki Yuxarı Qarabulaq ictimai məktəbinə getməyib, lakin, nə məktəb direktoru, nə də sinif rəhbəri polisə və sosial xidmətlərə məlumat verməyib. Qızın qətlindən sonra məktəbin direktoru “Gürcüstn Xəbərləri”nə bildirib ki, Aytac Ş-a bir gün əvvəl dərslərə qoşulub.
Qızı qətlə yetirməkdə təqsirləndirilən şəxs bardə də həbs-qətimkan tədbiri seçilib. O dörd gün ərzində gizlənib. Təqsirləndirilən şəxs qəsdən adam öldürdüyünü etiraf etmir və silahdan istifadə etməyi bilmədiyini və sadəcə qızı qorxutmaq istədiyini deyir.
“Mən azyaşlı ilə ailə qurmamışam. Anası mənə deyirdi ki, onun 18 yaşı var”, - təqsirləndirilən şəxs prosesdə bildirib.
Təqsiri sübuta yetirilərsə, onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Prokurorluğun məlumatına görə, həm təqsirləndirilən şəxsin zorlamada ittiham olunması, həm də cinayətdə əli ola biləcək digər şəxslərin müəyyən edilərək ifşası istiqamətində istintaq davam etdirilir.