20-25 min gənc çıxıb bu qanunu geri götür deyirsə, götür - Davit Tarxan-Mouravi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyayönlü “Gürcüstanın Patriotlar Alyansı” partiyasının sədri Davit Tarxan-Mourav hesab edir ki, “Gürcü Arzusu” gənclərin çağırışını nəzərə almalı və rus qanununu geri götürməlidir. O deyir ki, bu qanuna ehtiyac onun üçün anlaşılmazdır, çünki “mövcud qanunvericilik istənilən qeyri-hökumət təşkilatına nəzarətə tam imkan verir”.

“Əgər bir şey çatışmırsa – ki, çatışmadığını “Gürcü arzusu” deyir, - bəyannamənin daha təfərrüatlı olmasını istəyirsənsə, bəyannamə haqqında qanunda qeyri-hökumət təşkilatlarının bəyannaməsinin daha təfərrüatlı olmalı olduğunu yazmağın kifayətdir. Bunu da etmirlər, yəni yeni qanunun nəyə lazım olduğunu heç kim başa düşmür” deyən “Vətənpərvərlər Alyansı”nın sədri qeyd edib ki, “Gürcü Arzusu” qanunu hamıya şamil edilir, bu da ki, yanlışdır.

“Gürcüstanda 35 min qeyri-hökumət təşkilatı var, deyir “Gürcü Arzusu” və onların 25 mini Qərbdən və xaricdən maliyyə alır. Bəlkə də doğrudur, bilmirəm, amma əksəriyyəti ekoloji qeyri-hökumət təşkilatları, ya səhiyyə, ya kənd təsərrüfatı, ya sığorta, ya da milyonlarla müxtəlif sahələr, o cümlədən elmi sahələri əhatə edən təşkilatlardır. Siyasi qeyri-hökumət təşkilatları maraqlıdırsa, siyasi sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının nə olduğunu qanun müəyyən etməlidir.

Yaxşı qanun olsa belə, görürsən bu qədər insan buna qarşıdır… 20-22 minə yaxın gənc çıxmışdı. Bu adamların hamısının Mişa Saakaşvilinin və ya “Milli Hərəkat”ın tərəfdarı olduğunu düşünmək cəfəngiyyatdır. Baxırdıq, müşahidə edirdik, bizim xalq da orda idi. Gördük ki, Melia, Qvaramiya və ya başqası harda dayansa, gənclər qaçır, ayrı dayanırdılar.

“Milli Hərəkatın” 20 min gənc tərəfdarı yoxdur. Bu adamlar “Milli Hərəkat” tərəfdarı deyil, gənclərdir, bəlkə 1000, 2000 nəfər Milli Hərəkat tərəfdarıdır, qalanları yoxdur. Onlar həqiqətən də bunu istəmirlər, onları inandırıblar ki, bu qanun pisdir, rusyönlüdür. Məncə, bu qanuna qətiyyən ehtiyac yoxdur. Onlar tələb edirlər ki, biz qanunu istəmirik və bu qədər çətin olan 25 min gənc və ya 22 min, lap 20 min olsun, çıxıb sənə deyirlər ki, bu qanunu geri çək, çək geri, bu nə inadkarlıqdır. Nə lazımdır, niyə münasibətləri gərginləşdiririk.

Bu qədər gəncin çıxması o deməkdir ki, onlar Saakaşviliyə nifrət etdikləri qədər nifrət etməyə bilərlər. Amma insanlar “Gürcü Arzusu”na da nifrət edirlər. “Gürcü Arzusu” bunu qəbullunmaq istəmir”, - Tarxan-Mouravi bildirib.

Bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyi sözünü verən “Gürcü Arzusu” 2024-cü il aprelin 3-də “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürüb. “Rus qanunu” beynəlxalq təşkilatların qrant dəstəyi ilə işləyən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarını xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir. Aprelin 17-də Gürcüstan parlamentinin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib.

İki həftədir ki, hər gün Tbilisidə, parlamentin yaxınlığında rus qanununa qarşı etiraz aksiyaları keçirilir. Bunun əksinə olaraq, “Gürcü Arzusu” aprelin 29-da parlament binası qarşısında rus qanununa dəstək məqsədilə “ictimai toplantı” keçirməyi planlayır. Dövlət xidmətlərində çalışanlar aksiyada iştirak etməyə məcbur edilirlər. Elə aprelin 29-da da Parlament Hüquq Məsələləri Komitəsinin iclasında “Gürcü Arzusu”nun rus qanununa ikinci oxunuşda baxacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur