2021-ci illə müqayisədə 2022-ci ildə ailəsi ilə birlikdə ölkə xaricinə getdiyi üçün məktəbdə təhsilini yarımçıq qoyan şagirdlərin sayı iki dəfə artıb. Xalq Müdafiəçisi aparatının məlumatına görə, son 2 ildə bu səbəbdən Gürcüstan məktəblərində 8206 uşağın şagird statusuna xitam verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Təhsilin dayandırılmasının səbəbinin göstərilmədiyi bir çox belə ərizələr də var.
Ən çox şagird Tbilisi, Kvemo Kartli və Acara məktəblərində təhsilini dayandırıb.
Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ildə mühacirət edənlərin sayı artıb - Gürcüstanın 100 802 vətəndaşı ölkəni tərk edib. Həmin dövrdə Gürcüstana 54 405 vətəndaş qayıdıb.
Milli Demokratiya İnstitutunun 2023-cü ilin fevral ayında dərc etdiyi tədqiqatın nəticələrinə əsasən, hər beşinci vətəndaş xaricdə işləmək barədə düşünür. Getmək istəyənlərin sayı 50 yaşdan aşağı insanlar arasında xüsusilə yüksəkdir - demək olar ki, hər üç nəfərdən biri mühacirət etməyi düşünür.
Əhali qiymət artımını, iş yerlərini və yoxsulluğu ölkədəki ən böyük problemlər sırasında hallandırır. Respondentlərin 48%-i, yəni demək olar ki, hər ikinci vətəndaş Gürcüstanın iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirir. 9% iqtisadi vəziyyətin yaxşı olduğunu, 42% isə “orta” olduğunu bildirib. Eyni zamanda, 50% hökumətin iqtisadi problemləri həll edə biləcəyinə əmin deyil.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, hökumət hər şeyi edib ki, “ölkədə sülh, sabitlik, yüksək iqtisadi artım var, işsizlik və yoxsulluq tarixi minimuma enib”.
2023-cü ildə Gürcüstanda təqribən 700 000 nəfər yaşayış müavinəti alır ki, bu da 2015-ci illə müqayisədə təxminən 300 000 nəfər çoxdur.