Gürcüstan Milli Bankının göstəricilərinə əsasən, 2023-cü ilin mart ayında Gürcüstana köçürülən vəsaitlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 127,1% artaraq 438,4 milyon ABŞ dolları təşkil edib. Mart ayında Rusiyadan pul köçürmələri hələ də yüksək (224 milyon ABŞ dolları) olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 8,3 dəfə çoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mart ayında pul köçürmələrinin əsas mənbəyi Rusiya (51,0%), Aİ ölkələri (24,6%) və ABŞ (8,2%) olub.
2022-ci ildə Rusiyadan Gürcüstana 1,1 milyon ziyarətçi gəlib. Ötən il Rusiya vətəndaşları Gürcüstan banklarında 60 mindən çox hesab açıb və onların cari hesablarında və depozitlərində yerləşdirilmiş pul vəsaitlərinin həcmi 2021-ci illə müqayisədə təxminən 4 dəfə artaraq 2,8 milyard lariyə çatıb. Rus ziyarətçilərin bəziləri real emiqrantdır və Gürcüstanda uzun müddətli məskunlaşıblar. Bunu şirkətlərin qeydiyyatı və Rusiya vətəndaşlarının Gürcüstan banklarında 10 min hesab açması və yerləşdirdiyi əmanətlərin həcmi göstərir. 2022-ci ildə Gürcüstanda 15 minə qədər rus şirkəti qeydiyyatdan keçib ki, bu da 2021-ci ilin göstəricisindən 16 dəfə çoxdur.
Gürcüstanda ümumilikdə 22, 400-dək rus şirkəti qeydiyyatdan keçib və onların 66%-i Ukraynada müharibə başlayandan sonra qeydiyyatdan keçənlərdir.
2022-ci ildə Gürcüstan Rusiyadan pul köçürmələri, turizm və mal ixracı vasitəsilə təxminən 3,6 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da 2021-ci ildə Rusiyadan eyni mənbələrlə əldə edilən gəlirdən 3 dəfə çoxdur. Bu göstərici hətta 2019-cu ildə “Covid” pandemiyası başlamazdan əvvəl Rusiyadan əldə edilən gəliri də 2 dəfə üstələyir.
2022-ci ildə Rusiyadan pul köçürmələri, turizm və mal ixracından əldə edilən gəlir Gürcüstan iqtisadiyyatının (ÜDM) 14,6%-ni təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 6,3%-ə, maksimum isə 2018-ci ildə 9,9%-ə çatıb.
2022-ci ildə Gürcüstanın Rusiyaya ixracı 6,8% artaraq 652 milyon ABŞ dolları təşkil edib. Müharibə başlayandan sonra mart-dekabr aylarında ixrac 3,2% artıb ki, bu da əsasən yüngül avtomobillərin təkrar ixracının 5 dəfə artması hesabına baş verib.
Müharibə başlayandan sonra Rusiyadan ən çox neft məhsullarının (yanacaq) idxalı artıb - 482 milyon ABŞ dolları (5 dəfə çox). Rusiya yanacağının idxalda payı 51% təşkil edib. Ərzaq məhsullarının idxalı 45% artaraq 442 milyon dollar təşkil edib; Karbon polad idxalı 8 dəfə artaraq 49 milyon dollar təşkil edib. Kömür və koks idxalı 157% artaraq 70 milyon ABŞ dolları təşkil etmişdir;
Rusiyadan elektrik enerjisi idxalının 46% artmasına baxmayaraq, Rusiyanın elektrik enerjisi Gürcüstanın daxili istehlakının cəmi 2,6%-ni təşkil edir.
2022-ci ildə Rusiyaya şərab ixracı 23% artaraq 161 milyon ABŞ dolları təşkil edib. Rusiya bazarı Gürcüstan şərabının ixracının 64%-nə sahibdir ki, bu da gürcü şərabının Rusiya bazarına qayıtmasından sonra 2013-cü ildən bəri ən yüksək göstəricidir.
Gürcüstanın Rusiya buğdası və unundan asılılığı hələ də yüksəkdir. 2022-ci ildə Gürcüstanın buğda və buğda ununun ümumi idxalında Rusiya buğda və buğda ununun payı 97% təşkil edib. Gürcüstanda istehlak edilən buğda ununun 78%-i Rusiyadan gəlir.