Vətəndaşlar polisi zorakılıqda günahlandırırlar. 21 yaşlı Laşa Jğentinin dediyinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşları üzərində axtarış aparmaq məqsədilə onu saxlayarkən ona fiziki təzyiq göstəriblər. Hadisə iyulun 20-də Tbilisidə, Qoqebaşvili küçəsində baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gəncin boyun, qol və bilək nahiyəsində xəsarətlər var.
“Mənə niyə, nəyə görə saxlandıqlarını demədilər. Mənə kim olduqlarını da demədilər. Səthi axtarışa başladılar və artıq şeylər etdilər, hətta “alt paltarımı” da çəkib baxdılar. Onlara dedim ki,əllərini çəksinlər. Qıcıqlandılar. Sən demə, “əlini çək” sözü polisi təhqirdir və mən polislə belə danışmamalıyam. Qışqırmağa başladılar və məni maşına mindirdilər. Biri boynumdan tutub boğurdu, mən necə müqavimət göstərə bilərdim?! İçəridə, maşında da boğurdular. Mənə qandal taxanda başıma vurdular. Hətta söydülər”, - Laşa Jğenti jurnalistlərə bildirib.
Hadisəyə zərərçəkənin qardaşı, dostu və nənəsi şahidlik edib. Luka Jğenti deyir ki, polislər ona qardaşını hara apardıqlarını deməyiblər. Sonradan məlum olduğu kimi, gənc polisin qanuni tələbinə tabe olmadığı üçün inzibati qaydada saxlanılıb.
Laşa Jğentinin həbsindən bir neçə saat sonra Tbilisi Şəhər Məhkəməsində onun məhkəməsi keçirilib. Vəkil Kaxaber Çubinidzenin sözlərinə görə, onların vəsatəti əsasında proses təxirə salınıb.
“Məhkəmə sübutları təqdim etmək üçün bizə vaxt verdi. Hesab edirik ki, həbs zamanı polis əməkdaşları öz səlahiyyətlərini aşaraq Laşaya fiziki təzyiq göstəriblər. Polis onun harada olduğunu bizdən gizlətdiyi üçün biz dörd saat onu axtarırdıq”, - Çubinidze bildirib.
Vəkilin sözlərinə görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinə və Xüsusi İstintaq Xidmətinə müraciət edilib.