26 yaşlı Vasiko Kenkadze Tsxinvali həbsxanasından azadlığ buraxılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Oktyabrın 15-də işğal altındakı Balaani kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Vasiko Kenkadze azalıqdadır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir.

Noyabrın 27-də Vasiko Kenkadzeyə de-fakto Axalqori məhkəməsi tərəfindən hökm oxunub və Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əsasən qondarma dövlət sərhədini qanunsuz keçdiyinə görə təqsirli bilinib. Kenkadze 50 min rus rublu məbləğində cərimə ödəməyə məcbur edilib.

“Qaynar xətt mexanizmindən Vasiko Kenkadzenin qanunsuz həbsdən azad edilməsi prosesində fəal şəkildə istifadə olunub. Onun qanunsuz həbsdən dərhal azad edilməsi məsələsi Gürcüstanın Mərkəzi Hökuməti tərəfindən İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM) 115-ci iclasında qaldırılıb. Gürcüstanın mərkəzi hökuməti daimi əsaslarla beynəlxalq tərəfdaşlara məlumat verib.

Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirəcək”, - Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Noyabrın 25-də Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazilərdə Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığında üç Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Hazırda Tsxinvalidə 7 Gürcüstan vətəndaşı qanunsuz həbsdədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur