45 yaşlı çavuş hərbi obyektdə ölü tapılıb

Gecə saatlarında Gürcüstan Müdafiə Nazirliyinin obyektlərindən birində hərbi qulluqçu ölü tapılıb. Nazirliyin məlumatına görə, Müdafiə Qüvvələrinin Şərq Komandanlığının çavuşu, 45 yaşlı Mamuka Meladze özünü asıb.

Faktla bağlı Hərbi Polis İdarəsində Cinayət Məcəlləsinin 115-ci maddəsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə istintaq başladılıb. İstintaqın ilkin məlumatına görə, intiharın ailə münaqişəsi ilə bağlı olması ehtimal edilir.

Müdafiə Nazirliyi bildirir ki, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və istintaq tədbirləri görülür.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur