7 ölkənin parlament sədrləri Papuaşvilini rus qanununu ləğv etməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Latviya, Estoniya, Litva, Çexiya, Hollandiya, Polşa və Fransa parlamentlərinin sədrləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyni “xarici agentlər” haqqında rus qanununun ləğv etməyə çağırırlar. Papuaşviliyə göndərdikləri məktubda onlar qanunun ruhunun və məzmununun Avropa norma və dəyərlərinə uyğun gəlmədiyini, hazırkı formada medianı və vətəndaş cəmiyyəti təşkilatlarını susdurmaq məqsədi daşıdığını vurğulayırlar.

Məktub müəllifləri Gürcüstanın son dövrdəki qərarlarından narahat olduqlarını qeyd edirlər.

“Hərəkətləriniz sadiq olduğunuz və Avropa istəklərinizin əsasını təşkil edən dəyər və prinsiplərə ziddir.

Gürcüstan parlamentinin qəbul etdiyi “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ruhu və məzmunu Avropa norma və dəyərlərinə uyğun gəlmir. Qanun indiki formada demokratik cəmiyyətdə mühüm rol oynayan və Gürcüstana Avropa İttifaqına gedən yolda kömək edən media və vətəndaş cəmiyyəti təşkilatlarını susdurmağa çalışır.

Sizi bu qanunu geri götürməyə və vətəndaş cəmiyyəti və vətəndaşlarla mənalı və əhatəli dialoq aparmağa çağırırıq. Biz həmçinin sizi insanların toplaşmaq hüququnu qorumaqla fundamental dəyərlərə hörmət etməyə və dinc nümayişçilərə qarşı zorakılıq və hədə-qorxuları dayandırmağa çağırırıq.

Avropa İttifaqına daxil olmaq qərarı 20 il əvvəl Avropa İttifaqına daxil olan bizim üçün olduğu kimi, Gürcüstanın və onun xalqının suveren seçimidir. Bu yola nə zəmanət verilmişdi, nə də asan idi. Bu, dostların sarsılmaz sədaqəti və dəstəyi sayəsində mümkün olmuşdur.

20 ildən sonra Gürcüstan da eyni yoldadır. Sizin bizi kimi dostlarınız var. Biz həqiqətən ümid edirik ki, Gürcüstan tarixi fürsət pəncərəsindən Gürcüstan xalqını sülh və firavanlıq, eləcə də azadlıqlar və dəyərlərin ümumi məkanına gətirmək öhdəliyindən çəkinməyəcək. Biz Gürcüstanın Avropa gələcəyinə inanırıq və sizə kömək etməyə hazırıq”, - parlament sədrləri mayın 24-də göndərilən məktubda qeyd edirlər.

Mayın 27-də Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi prezidentin rus qanununa qoyduğu vetonu aşaraq qanun layihəsini üçüncü oxunuşdaki düzəlişlərlə təsdiqləyib. Mayın 28-də bu məsələ plenar iclasda səsə qoyulacaq. “Gürcü Arzusu” nə Venesiya Komissiyasının sərt tövsiyəsini, nə də beynəlxalq tərəfdaşların qanunu geri götürmək çağırışlarını nəzərə almaq fikrində deyil.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur