NDI-nin yeni araşdırmasına əsasən, Gürcüstan əhalisinin 79%-i ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir. Son bir ildə Avropa İttifaqını Gürcüstanın əsas iqtisadi və siyasi tərəfdaşı kimi tanıyanların sayı xeyli artıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hər ikinci vətəndaş deyir ki, NATO və Avropa İttifaqına üzv olmaq ölkənin təhlükəsizliyini gücləndirməyə çox kömək edəcək.
Əksəriyyətin fikrincə, Gürcüstanın əsas siyasi tərəfdaşları Avropa İttifaqı (60%) və ABŞ (38%) olmalıdır. Müxalifət tərəfdarları arasında Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıq istəyi nisbətən yüksəkdir.
Avropa İttifaqı ilə tərəfdaşlığa ən yüksək dəstək Tbilisidə, ən aşağı isə etnik azlıqların məskunlaşdığı yerlərdədir. Etnik azlıqlar daha çox Rusiya, Türkiyə və Azərbaycanla sıx siyasi əməkdaşlığı dəstəkləyirlər. Etnik azlıqların dörddə biri Rusiya ilə münasibətləri yaxşılaşdırmaq müqabilində Aİ və NATO-ya üzv olmaqdan imtina edəcəyini bildirir.
“Gürcü Arzusu”nun hər üçüncü tərəfdarı və müxalifətin hər beşinci tərəfdarı Rusiya ilə sıx siyasi əməkdaşlığın tərəfdarıdır.
Ölkənin Avropa İttifaqına daxil olması üçün hökumətin hansı səylər göstərməsi ilə bağlı əhalinin rəyi bölünür. An çox “Gürcü Arzusu”nun tərəfdarları və kənd yerlərində yaşayan əhali hökumətin Gürcüstanın Aİ-yə üzvlüyü üçün hər şeyi etdiyinə inanır.
Əhalinin fikrincə, Rusiyanın hərbi təcavüzü və təbliğatı ən böyük təhlükədir.
- Sizcə, Gürcüstanın milli təhlükəsizliyinə ən böyük təhlükə nədir sualına cavablar aşağıdakı kimdir:
- Rusiyanın hərbi təcavüzü - 27%;
- Abxaziya və Cənubi Osetiyanın işğalı - 13%;
- Rusiya təbliğatı - 11%;
- Terrorizm - 5%;
- Gürcüstana qeyri-qanuni miqrantların gəlməsi - 4%;
- Rusiyaya iqtisadi asılılıq - 3%;
- Digər - 18%;
- Bilmirəm - 16%;
Sorğu “CRRC Georgia” tərəfindən NDI-ın sifarişi ilə 2023-cü ilin oktyabr-noyabr aylarında üzbəüz müsahibə üsulu ilə aparılıb. Tədqiqatda 2068 nəfər iştirak edib.Orta yanılma payı +/- 2,2% təşkil edir. Tədqiqat Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici, Birlik və İnkişaf İdarəsinin Yaxşı İdarəetmə Fondu tərəfindən maliyyələşdirilir.