9 ayda ölkəyə daxil olan Rusiya vətəndaşlarından 112 733 nəfəri Gürcüstanda qalıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyinin məlumatına görə, 3 oktyabrın nəticələrinə görə, 2022 ilin ilk dokkuz ayında Gürcüstana girən Rusiya Federasiyasının vətəndaşlarından 112 733 insan yenədə ölkədə qalırdı.

Nazirlik sözügedən statistik məlumatları “Gürcü arzusu”nun deputatı Levan Karumidzenin suallarını cavablandırarkən təqdim edib. Nazirlik 2022-ci il yanvarın 1-nə Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olan ərazidə nə qədər Rusiya, Belarus və Ukrayna vətəndaşının olması sualını cavabsız qoyub.

Rusiya Ukraynada müharibəyə başlayandan, sentyabrın 21-dən isə Rusiya prezidenti səfərbərlik elan etdikdən sonra Gürcüstana miqrasiya sürəti artıb.

“Belə nəzarətsiz axın baş verəndə ölkəmizə düşmən olan dövlətin istənilən hərəkəti üçün əlavə imkanlar açılır. Filtrsiz düşmən ölkənin vətəndaşlarına, o cümlədən, əksər hallarda bu ölkənin suverenliyinə hörmət etməyənlərə icazə verəndə, düşmən təbliğatı bundan Rusiyanın təsirini normallaşdırmaq üçün istifadə edir”, – “Avropa Gürcüstanı”nın lideri Qiqa Bokeriya deyir.

Ukraynadakı müharibədən bəri Rusiya vətəndaşları üçün viza məhdudiyyətinin qoyulmasını tələb edən “Lelo” partiyası demoqrafik və iqtisadi təhlükələri vurğulayır: “110 mindən çox Rusiya vətəndaşı ölkəyə daxil olub, 100 mindən çox Gürcüstan vətəndaşı çıxıb. Bu tendensiya bizim üçün, ölkəmiz üçün təkcə ona görə təhlükəlidir ki, kimin gələcəyini bilmirik, həm də ölkədə demoqrafik mənzərə dəyişir. Bunların arasında iqtisadi nəticə dağıdıcıdır. Bu nəzarətsiz daxilolma inflyasiyaya gətirib çıxarır. Sonra inflyasiya gəlirləri artmayan və əksinə azalan Gürcüstan vətəndaşlarının çiyninə düşür”, - deputat Salome Samadaşvili bildirib.

Milli Bankın prezidenti Koba Qvenetadze təsdiqləyib ki, miqrasiya axınlarının əhəmiyyətli dərəcədə artması inflyasiya risklərini artırıb:

“Ölkə daxilində xərcləmə tendensiyası var və bu tendensiya getdikcə artır, lakin biznes tərəfindən bu tələbatı ödəmək üçün yollar azdır. Bir qayda olaraq, bu zaman biznes artan tələbata qiymətləri qaldırmaqla cavab verir və iqtisadçılar bunu həddindən artıq istiləşmə adlandırırıq. Təbii ki, birinci dalğa, Rusiya və Belarusdan giriş, daha sonra isə artıq səfərbərlik elan edildikdən sonra qiymətlərə təzyiq göstərir. Məsələn, mənzil kirayəsi artanda, tələbat olanda bu, artıq inflyasiyaya 1-1,5 faiz təsir edib”, - Koba Qvenetadze oktyabrın 26-da keçirilən mətbuat konfransında qeyd edib.

Hakim partiyadan olan parlament üzvü Givi Mikanadzenin sözlərinə görə, indiki mərhələdə Rusiya vətəndaşlarının ölkəyə girişi ilə bağlı “hər hansı əlavə tədbirlər və ya mexanizmlər tətbiq etmək” üçün heç bir əsas yoxdur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur