Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti “Gürcü Arzusu”nun bu gün birinci oxunuşda qəbul edəcəyi “xarici agentlər haqqında” rus qanununu növbəti dəfə şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Departamentin mətbuat katibi Metyu Millerin sözlərinə görə, o, hələlik bu qanunun qəbulunun nə ilə nəticələnə biləcəyi barədə danışmayacaq.
“Biz bu qanun layihəsinin Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən və Gürcüstanı Avropa yolundan yayındıracağından dərin narahatıq. Bu qanun layihəsinin Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etmək üçün çalışan müstəqil media qurumlarına mane olacağından da narahatıq. Lakin bu,hal-hazırda qanun layihəsi olaraq qaldığı üçün, qanuna çevrilməcəyi təqdirdə hər hansı nəticələr barədə danışmayacağam”, - Metyu Miller bildirib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Dövlət Departamentinin növbəti tənqidi bəyanatına cavab verib və Gürcüstanda Amerika fondları tərəfindən maliyyələşdirilən layihələrin ictimailəşdirilməsini tələb edib.
“Ən asanı “Milli Demokratiya Fondunun” (NED) bütün layihələrini ictimailəşdirməkdir. ABŞ büdcəsindən maliyyələşir, o cümlədən Dövlət Departamenti bu məsələlərdə iştirak edir. Hər şeyin şəffafdır, bax, budur “NED”in maliyyəsi demək altı bəyanatdan daha asan deyil? Niyə ictimailəşdirilmir? Ən asan sualdır? Hər şey şəffafdır? Deyirlər ki, bütün bunları gürcü xalqının yaxşılığı üçün edirlər, gizlədəcək heç nə yoxdur və bu dostluq puludur. Altı bəyanat əvəzinə, özlərinə düşəni etmək daha asan olardı. Qanunu qəbul edib-etməmək onlardan asılı deyil ki? Hər şeyin şəffafdır, budur “NED”in maliyyəsi demək onlardan asılıdır”, - Papuaşvili jurnalistlərə bildirib.
Aprelin 15-də beynəlxalq tənqidlər və Tbilisidə minlərlə insanın etiraz aksiyası fonunda parlament çoxluğu Hüquqi Məsələlər Komitəsinin iclasında müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini dəstəkləyib.
“Gürcü Arzusu” bir il əvvəl, mart ayında ictimaiətin genişmiqyaslı etirazları nəticəsində ləğv etdiyi “xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Gürcüstanın Avrointeqrasiya prosesinə zərər vura bilmə ehtimalı olsa da, hakim partiya rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.