ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqanın sözlərinə görə, Birləşmiş Ştatlar Gürcüstana azad, ədalətli, rəqabətli seçkilərin keçirilməsini təmin etməkdə kömək etməyə yönəlib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gəlin, seçkilərdən daha ümumi danışım. Həm Gürcüstanda, həm də Amerika Birləşmiş Ştatlarında seçki ilidir. Ədalətli seçkilər güclü demokratiyanın təməl daşıdır. Beləliklə, Birləşmiş Ştatlar diqqətini Gürcüstana azad, ədalətli, rəqabətli seçkilərin keçirilməsini təmin etməkdə kömək etməyə yönəldib. Biz vətəndaş cəmiyyəti qrupları, müxalifət partiyaları və hakim partiya ilə, xüsusən də Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edirik ki, Gürcüstan vətəndaşları öz səslərinin ədalətli hesablanacağını, səslərinin gizli olduğunu və bu prosesin azad və ədalətli olduğunu bilsinlər. Buna görə də mən gürcülərin öz demokratik səsvermə hüququndan istifadə etmələrini və amerikalıların da ABŞ-da eyni şeyi etmələrini gözləyirəm”, - deyə Robin Duniqan bildirib.
Fevralın 20-də Brüsseldə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel bir sıra prioritetlər sırasında seçki islahatlarını da səsləndirib.
“Bu il Gürcüstanın demokratiyası üçün mühüm sınaq olacaq. Mən bunu sizin seçki prosesinizlə əlaqələndirirəm. Biz indiyədək aparılan seçki islahatlarını alqışlayırıq və onları növbəti seçkilərə qədər başa çatdırmağa, azad, ədalətli və rəqabətli parlament seçkilərinin keçirilməsi üçün Venesiya Komissiyasının və DTİHB-nin bütün müvafiq tövsiyələrini nəzərə almağa çağırırıq”, - deyə Borel bildirib.
Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçirilməlidir. Deputatlar yalnız proporsional sistemlə seçiləcək. Mandatlar 5 faizlik baryeri keçən siyasi partiyalara paylanacaq.