Amerika Birləşmiş Ştatları ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsi çərçivəsində Gürcüstan hökumətinə 95 milyon dollardan çox birbaşa yardımı dayandırır. Bu barədə dövlət katibi Entoni Blinkenin bu gün dərc olunan bəyanatında deyilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mayın 23-də Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Bu nəzərdən keçirilmə nəticəsində ABŞ birbaşa olaraq Gürcüstan hökumətinə fayda verəcək 95 milyon dollardan çox yardımı dayandırır”, - Entoni Blinken bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və yalan bəyanatları Avropa İttifaqı və NATO-ya üzvlük normalarına uyğun gəlmir.
“Biz bu hərəkətlərə görə Gürcüstan hökumətinə yardımı dayandırsaq da, Birləşmiş Ştatlar demokratiya, qanunun aliliyi və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcək”, - deyə Entoni Blinken bildirib.
Onun bəyanatında həmçinin qeyd olunub ki, 32 illik dostluq və tərəfdaşlıq çərçivəsində ABŞ 6,2 milyard dollardan çox yardım ayırıb və bu, Gürcüstan iqtisadiyyatının və demokratik təsisatlarının inkişafına və möhkəmlənməsinə töhfə verib.
“Bizim dəstəyimiz Gürcüstan Müdafiə Qüvvələrini və Sahil Mühafizəsini təchizinə və təliminə kömək etdi, məktəblər və xəstəxanalar tikildi, müəllimlər, dövlət qulluqçuları və tibb mütəxəssisləri hazırlandı. Biz gürcü xalqına və onun Avroatlantik istəklərinə sadiq qalacağıq”, - dövlət katibi deyib.
Helsinki Komissiyasının üzvləri Entoni Blinkeni Gürcüstandakı vəziyyətlə bağlı “təcili və qəti” tədbirlər görməyə çağırıblar. İyulun 26-da konqresmenlər Co Vilson, Stiv Koen, Riçard Hadson və Mark Visin imzaladığı məktubda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə və onun yaxın ətrafına fərdi maliyyə sanksiyalarının tətbiqindən bəhs edilir.