Mayın 26-da Gürcüstanın Müstəqillik Günündə Azadlıq meydanında keçirilən tədbirdə Amerika hərbçilərinin iştirakı Bidzina İvanişvilinin anti-Qərb bəyanatlarına görə ləğv edilib. Bu məsələ ilə bağlı Amerika Birləşmiş Ştatlarının səfirliyindən açıqlama verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“ABŞ-ın mayın 26-da keçirilən hökumət tədbirində iştirakı “Gürcü Arzusu”nun fəxri sədrinin aprelin 29-da verdiyi bəyanatda da əks olunduğu kimi, hakim partiyanın ABŞ-la bağlı yaydığı yalan narativlər fonunda ləğv edilib.
ABŞ Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün güclü tərəfdarı olaraq qalır və Gürcüstanın Avro-Atlantik birliyə möhkəm inteqrasiyasını görmək istəyir. Biz Gürcüstan hökumətini bu yola qayıtmağa çağırırıq”, - səfirlikdən bildiriblər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ səfirliyinin izahatına münasibət bildirib və qeyd edib ki, siyasətçinin bəyanatı belə bir qərar üçün əsas olarsa, “bu, onların öz işidir”.
“Bu, bizim Müstəqillik Günümüzlə bağlıdır. Bu bizim qeyd etdiyimiz gündür. Hər hansı bir dost bu günü qeyd etmək üçün bizə qoşulmaq istəsə, biz çox şad olarıq. Kimsə istəmirsə, bu bizim günümüzdür. Əgər hansısa siyasətçinin açıqlaması kiminsə Müstəqillik Gününü Əfqanıstanda Amerika əsgərləri ilə güllə üzərinə yeriyən strateji tərəfdaş ölkəsinin əsgərləri ilə bu formatda qeyd etməməsi üçün səbəbdirsə, bu, onların öz işidir. Biz müstəqilliyimizi başqa cür göstərirdik. “NATO” ölkələrinin əksəriyyəti Əfqanıstandakı qərargahlarından burnunu çölə çıxarmadığı halda, biz Amerika əsgərləri ilə birgə güllə üzərinə gedirdik. Biz ön sırada idik”, - Papuaşvili bildirib.
Amerika hərbçiləri son bir neçə ildə ilk dəfə Gürcüstanın Müstəqillik Günü ilə bağlı təntənəli tədbirdə iştirak etməyib. Tədbirdə Amerika səfiri Robin Daniqan iştirak edib.