ABŞ Dövlət Departamenti gürcü hakimlərə - Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya, Valerian Tsertsvadze və onların ailə üzvlərinə əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə sanksiyalar tətbiq edib. Onların ABŞ-a girişi qadağan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün ABŞ Dövlət Departamenti Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və Valerian Tsertsvadzeyə vizanın qadağası haqqında 7031(c) qayda əsasında əhəmiyyətli korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə ictimai şəkildə sanksiya tətbiq edir.
Adıçəkilən şəxslər məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü vəzifələrindən sui-istifadə edərək qanunun aliliyinə və ictimaiyyətin Gürcüstanın məhkəmə sisteminə inamına xələl gətirmişlər.
Amerika Birləşmiş Ştatları demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində Gürcüstan vətəndaşlarına dəstəyini davam etdirir və ictimai səlahiyyətlərindən şəxsi mənfəətləri üçün sui-istifadə edənlərin cavabdehliyini təmin etməyə davam edəcək. Biz qərəzsiz və müstəqil hərəkət etmək üçün cəsarət və dürüstlük nümayiş etdirən bütün hakimlərin yanındayıq.
Dövlət Departamentinin Xarici Əməliyyatlar və Əlaqədar Proqramları ilə əlaqədar 2023-cü Maliyyə İli Təxsisatlar Qanununun 7031(c) bölməsinə əsasən sanksiyaya məruz qalan şəxslər (Div. K, P.L. 117-328) (Fəsil 7031(c)) və onların bilavasitə ailə üzvlərinin Amerika Birləşmiş Ştatlarına girişi qadağan olunur”, - deyə dövlət katibi Entoni Blinkenin hakimlərə sanksiya tətbiq edilməsi ilə bağlı bəyanatında deyilir.
Qısa müddət əvvəl hakimlərə sanksiya tətbiq ilə bağlı ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan açıqlama verib:
“Bu gün dövlət katibi Blinken Gürcüstan Məhkəməsi ilə əlaqəli 4 nəfərə qarşı sanksiya qərarı alıb. Dövlət Departamenti etibarlı və razılaşdırılmış məlumatlara əsaslanaraq, adıçəkilən şəxslərin ictimai vəzifəsindən sui-istifadə edərək əhəmiyyətli korrupsiya əməllərinə yol verdiklərini müəyyən edib.
Onlar öz hərəkətləri ilə hakimlərə siyasi müttəfiqlərinin xeyrinə qərarlar verməyi onlara qanunsuz mənfəət təklif etmək və ya təzyiq göstərməklə və şəxsi mənfəətləri naminə hakim təyinatları ilə manipulyasiya etməklə məhkəmə və ictimai proseslərə məhəl qoymayıblar.
Sözügedən korrupsiya əməlləri ilə onlar qanunun aliliyini və demokratik prosesi pozaraq, gürcü xalqının Gürcüstanın demokratik institutları arasında ən mühüm institutlardan birinin müstəqilliyinə olan etibarını zəiflədiblər. ABŞ qanunvericiliyinə əsasən, bu cür əhəmiyyətli korrupsiya ilə bağlı etibarlı məlumatlar sanksiya qərarları üçün əsasdır. Sanksiya adıçəkilən şəxslərin və onların yaxın ailə üzvlərinin ABŞ-a girişinə qadağa qoyulmasını nəzərdə tutur.
Keçən həftə Demokratiya Sammitində Prezident Bayden vurğulayıb ki, Amerika korrupsiya ilə sədaqətlə mübarizə aparmağa və qanunun aliliyini gücləndirməyə davam edəcək. 100-dən çox ölkə, o cümlədən Gürcüstan prezident Baydenin çağırışına qoşulub, çünki hamımızın bildiyimiz kimi, qanunun aliliyi sözlərdən daha çox şeydir. O, ədaləti nəzərdə tutur və azadlığı, demokratiyanı gücləndirəcək əsas prinsip məhz ədalətdir. Qanunun aliliyi gecə saatlarında zəng və ya rüşvət, hədə-qorxu və təzyiq əsasında deyil, faktlara, sübutlara və qanuna əsaslanaraq, hüquqi mübahisələrin ədalətli və qərəzsiz həll edildiyi hüquq sistemində qorunur.
Gürcüstanın bütün vətəndaşları əmlak vəziyyətindən, ailə və siyasi əlaqələrindən asılı olmayaraq ədalətə, qanunun aliliyinə və ədalətli və müstəqil məhkəmə hüququna layiqdirlər. Bu sanksiyalar Amerika üçün korrupsiyaya qarşı mübarizənin vacibliyini əks etdirir.
Bu sanksiyalar Amerika üçün korrupsiyaya qarşı mübarizənin vacibliyini əks etdirir. Korrupsiya və ədalət mühakiməsinə müdaxilə Gürcüstanın Avropaya inteqrasiyasına mane olur. Amerika Birləşmiş Ştatları Gürcüstanın və gürcü xalqının Avropa istəklərini dəstəkləməkdə davam edir. Sanksiya qərarı da məhz bu məqsədlə alınıb.
Sanksiya qərarı həm də bir çoxu ilə artıq tanış olduğum Gürcüstanın bütün çalışqan, istedadlı, vicdanlı və peşəkar hakimlərinə sarsılmaz dəstəyimizi nümayiş etdirir. Onlar təzyiq, təhdid və müdaxilə olmadan öz fəaliyyətlərini həyata keçirə və ədaləti bərqərar edə bilməlidirlər.
Biz illərdir Gürcüstan hakimiyyətini məhkəmə sistemində mühüm islahatlar həyata keçirməyə çağırmışıq. Biz illər ərzində, o cümlədən Amerikanın dəstəyi ilə əldə edilən irəliləyişi alqışlayırıq. Çoxlarının, o cümlədən hökumət üzvlərinin qeyd etdiyi kimi, Gürcüstan vətəndaşlarının layiq olduqları güclü ədalət sisteminə malik olması üçün daha çox iş görülməlidir. Yuxarıda qeyd olunan məhkəmə islahatlarının həyata keçirilməsi Gürcüstanın maraqlarına daxildir və Gürcüstanın, gürcülərin uzun müddətdir can atdıqları Avro-Atlantik gələcəyinə nail olmaları üçün zəruridir. Korrupsiyaya qarşı mübarizədə qalib gəlmək, gürcü xalqının seçimi olan sabit, uğurlu və Avro-Atlantik gələcəyə nail olması üçün Gürcüstana həqiqətən qərəzsiz və müstəqil məhkəmə sistemi lazımdır.
Dörd korrupsionerə qarşı bu gün elan edilən sanksiyalar Amerika Birləşmiş Ştatlarının korrupsiyaya qarşı mübarizədə və gürcü xalqına aydın şəkildə arzuladıqları və layiq olduqları demokratik cəmiyyətin qurulmasında uğur qazanmalarına kömək etmək üçün güclü öhdəliyini nümayiş etdirir”, - ABŞ səfiri bildirib.