ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq hərbi yardımın ayrılmasını təsdiqləyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Respublikaçıların nəzarətində olan Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın ayrılması haqqında qanun layihəsini 112 əleyhinə 311 lehinə səslə dəstəkləyib. Ukrayna prezidenti bildirib ki, bu qərar həyati əhəmiyyət kəsb edir.

Qanun layihəsi Ukrayna üçün təxminən 61 milyard dolların ayrılmasını nəzərdə tutur. CCN TV-nin verdiyi məlumata görə, bu məbləğin təqribən 23 milyardı Amerika silahlarının ehtiyatının artırılması, 11 milyardı ABŞ-ın regiondakı əməliyyatlarının maliyyələşdirilməsi, təxminən 14 milyardı isə Ukrayna üçün müasir silah və müdafiə sistemlərinin alınması üçün nəzərdə tutulub. Bundan əlavə, qanun layihəsinə İsrail və Tayvan üçün 26 milyard dollar yardım daxildir.

Ukrayna Prezidenti Volodimir Zelenski Konqres üzvlərinə və spiker Mayk Consona təşəkkür edib. O deyib ki, bu, əbhə xəttindəki əsgərlər və həmçinin “Rusiya terroru”ndan əziyyət çəkən Ukrayna kənd və qəsəbələri tərəfindən hiss olunacaq çox mühüm yardımdır. “Biz Amerikanın dəstəyindən Putinin itirməli olduğu bu müharibəyə ədalətli şəkildə son qoymaq üçün istifadə edəcəyik”, - Zelenski bildirib.

Konqresin qərarına Rusiya hökuməti də cavab verib. Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova CNN telekanalına müsahibəsində bildirib ki, xarici yardım paketi “qlobal böhranı daha da gücləndirəcək”. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin sözlərinə görə, yeni hərbi yardım “Kiyev rejiminin sonu”nun qarşısını ala bilməz.

Konqresin aşağı palatası respublikaçılarla demokratlar arasında fikir ayrılığı səbəbindən ötən ilin payızından Ukraynaya hərbi yardımın ayrılması məsələsini təsdiq edə bilməmişdi. Aprelin 20-də qanun layihəsi demokratlar tərəfindən yekdilliklə dəstəklənib, respublikaçıların səsləri isə bölünmüşdü. Aprelin 23-də sənəd Senat tərəfindən təsdiqlənəcək, ondan sonra prezident Co Bayden tərəfindən imzalanacaq.

BBC”nin verdiyi məlumata görə, bir həftə əvvəl Ukrayna ordusunun komandanı general Aleksandr Sırski ölkənin şərqindəki döyüş meydanında vəziyyətin “xeyli dərəcədə pisləşdiyini” bildirib. Generalın fikrincə, yeni yardımlar və mürəkkəb silahlar olmadan Ukrayna sayca üstün olan Rusiya qüvvələrinin “strateji təşəbbüsünü ələ keçirə” bilməyəcək. BBC yazırdı ki, 1200 kilometrlik cəbhə xəttində ukraynalı əsgərlər kifayət qədər sursata malik deyil və artilleriya mərmilərinə qənaət etməli olurlar.

Martın sonunda Volodimir Zelenski Rusiyanın növbəti böyük hücuma hazırlaşdığını və bunu mayın sonunda və ya iyunun sonunda həyata keçirmək niyyətində olduğunu açıqlamışdı.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur