Amerika Birləşmiş Ştatları Gürcüstanda demokratiyanın sarsıdılmasında məsuliyyət daşıyan və iştirak edən şəxslərə və onların ailə üzvlərinə viza sanksiyaları tətbiq etmək qərarına gəlib. Bu barədə dövlət katibi Entoni Blinken bəyanat verib. Bundan əlavə, ABŞ Gürcüstanla əməkdaşlığının “hərtərəfli nəzərdən keçirilməsinə” başlayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Son bir neçə ay ərzində hakim “Gürcü Arzusu” sərbəst toplaşmaq və ifadə azadlığını məhdudlaşdıracaq, Gürcüstan xalqına xidmət edən təşkilatları ləkələyəcək, vətəndaşları yüksək keyfiyyətli məlumatla təmin edən müstəqil media qurumlarına mane olacaq “xarici təsir” haqqında qanun hazırlayıb və qəbul edib.
Gürcüstan vətəndaşları qanunun qəbuluna müqavimət göstərdikdən sonra biz dinc, fərqli fikiri boğmaq üçün hədə-qorxu və zorakılıq kampaniyasının açıq əlamətlərini gördük.
Necə ki, “Milli Təhlükəsizlik Qanunu”, eləcə də legitim fikir ayrılığını boğmaq üçün istifadə edilən repressiv üsullar Gürcüstanın demokratiyasını və gürcü xalqının hüquqları olan əsas azadlıqlarını sarsıdır və Gürcüstanın konstitusiyasında təsbit olunmuş uzunmüddətli – Avroatlantik inteqrasiya və ABŞ ilə strateji tərəfdaşlıq hədəfinə ziddir.
Bu hərəkətlərə cavab olaraq, Dövlət Departamenti Gürcüstanda demokratiyanın sarsıdılmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə və onların ailə üzvlərinə şamil ediləcək yeni viza məhdudiyyəti siyasətini Gürcüstan üçün müəyyən edir. Bura zorakılıq və ya hədə-qorxu kampaniyası vasitəsilə Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq hüququnun məhdudlaşdırılmasına cavabdeh olan şəxslər də daxildir.
ABŞ Gürcüstanda demokratiyanı dəstəkləyir və bu, bizim ikitərəfli münasibətlərimizin əsasını təşkil edir. 2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək seçkilərdən əvvəl, seçkilər zamanı və sonrası da daxil olmaqla, Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirən hər kəsin ABŞ vizası alması və ya ABŞ-a səfəri qadağan edilə bilər. Bu məhdudiyyətlər həmin şəxslərin ailə üzvlərinə də şamil oluna bilər.
Bu gün mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə də başlayıram. Ümid edirik ki, Gürcüstan liderləri qanun layihəsini yenidən nəzərdən keçirəcək və demokratik və Avroatlantik məkanda irəliləmək üçün addımlar atacaqlar.
Ölkələrimiz arasında münasibətləri müzakirə edərkən və qərarlar qəbul edərkən biz Gürcüstanın hərəkətlərini nəzərə alacağıq.
Bu viza məhdudiyyəti siyasəti Dövlət Departamentinə Gürcüstanda demokratiyanın sarsıdılmasına, o cümlədən zorakılıq və vətəndaş və siyasi hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən fiziki şəxslərə, hazırkı və keçmiş dövlət və ya qeyri-dövlət subyektlərinə və onların ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etməyə imkan verən İmmiqrasiya və Vətəndaşlıq Qanununun 212(a)(3)(C) bölməsinə əsaslanır”, - Entoni Blinken bildirib.