Amerika Birləşmiş Ştatları Ukraynaya yeni 725 milyon dollarlıq yardım paketi çərçivəsində sursat və hərbi texnika göndərəcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, Ukraynanın Müdafiəçisi Günü üçün əla hədiyyədir. Rusiya təcavüzkarı məğlub olacaq, Ukrayna azad olacaq!” – Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın qərarına belə cavab verib.
ABŞ-ın bu yardım paketinə Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları, beş min tank əleyhinə silah, yüksək sürətli anti-radiasiya raketləri (HARM), iki yüzdən çox yüksək mobillikli çoxməqsədli maşın (HMMWV), artilleriya mərmiləri tibbi ləvazimatlar və s. daxildir.
Müdafiə Nazirliyi bildirib ki, ABŞ Ukraynanın döyüş meydanında artan tələblərini qarşılamaq üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edir. Agentlik müttəfiqlərin son dövrdə Ukraynaya göstərdiyi yardımları da vurğuladı:
“Almaniya bu yaxınlarda Ukraynaya dörd IRIS-T hava hücumundan müdafiə sistemindən birincisini çatdırdı. Bu kritik ianə Ukraynaya mülki insanları Rusiyanın hava hücumlarından daha yaxşı qorumağa kömək edəcək. Bundan əlavə, Almaniya Ukraynaya daha çox MARS raket kompleksləri və haubitsalar tədarük edəcəyini açıqlayıb. İspaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün dörd HAWK-nı tədarük edəcəyini açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci il fevralın 24-də Rusiya tərəfindən müharibə başlayandan bəri ABŞ Ukraynanın müdafiəsini gücləndirmək üçün 17,6 milyard dollar yardım ayırıb.