Avqustun 1-dən etibarən Amerika Birləşmiş Ştatlarından gətirilən avtomobillərin Rusiya və Belarusa təkrar ixracı/ixracına qadağa qoyulub. Gəlirlər Xidmətindən bildirildiyi kimi, eyni qadağa sentyabrın 26-dan Avropa İttifaqından gətirilən avtomobillərə də şamil olunacaq. Məhdudiyyətlər ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara müvafiq olaraq tətbiq edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Minik avtomobilləri Gürcüstanın ən böyük ixrac mallarından biridir. Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında minik avtomobillər 990 864 400 ABŞ dolları ilə ilk on ixrac kateqoriyasında birinci yeri tutub ki, bu da bütün ixracın 32,5 faizini təşkil edir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüngül avtomobillərin ixracı 267,3 faiz artıb.
Rusiyaya ixrac edilən ən böyük əmtəə qrupları arasında avtomobillər ikinci yerdədir və yalnız şərab ixracı onu qabaqlayır. Bu ilin ilk altı ayında Gürcüstandan Rusiyaya minik avtomobil ixracı 52 513 600 ABŞ dolları təşkil etdiyi halda, ötən il bu rəqəm 14 39 000 dollar olub.
2023-cü ilin yanvar-iyun aylarında idxalı 1 313 500 000 ABŞ dolları və bütün idxalın 18,2%-ni təşkil edən Gürcüstan üçün ən böyük idxal malları minik avtomobilləridir. Buradan, Amerika Birləşmiş Ştatlarından Gürcüstana gətirilən avtomobillərin dəyəri 719 452 600 dollar olub.
Ölkələrə görə Gürcüstandan ən çox avtomobil Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Ermənistan və Rusiyaya ixrac edilir.
Avropa İttifaqı Ukraynadakı müharibə ilə əlaqədar iyun ayında Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqləyib. Nəticədə, avtomobillərin Rusiyaya ixracına qoyulan qadağa mühərrik həcmi müəyyən ölçüdən (> 1900 sm³) yuxarı olan bütün yeni və işlənmiş avtomobilləri, həmçinin tam elektrik və hibrid avtomobilləri əhatə edəcək şəkildə genişləndirilib.