İşğal olunmuş Abxaziyanın qondarma parlametinin İqtisadi Siyasət və İslahatlar Komitəsi bu gün, iyulun 17-də Abxaziyanın şərq hissəsində mənzillərin və apart-otellərin tikintisini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
De-fakto prezident Aslan Bjaniyanın da iştirak etdiyi komitə müzakirəsi etiraz aksiyası fonunda baş tutub. De-fakto parlamentin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma olub. Əldə olan məlumata görə, mənzillər haqqında qanunun əleyhdarlarından biri, müxalifətçi Jansuq Adleyba avtomobillə parlamentə gələrək ov tüfəngindən havaya bir neçə dəfə atəş açıb.
Adleyba üçün axtarış elan edilib. Qondarma Daxili İşlər Nazirliyi bildirir ki, “o, ictimai yerdə, Abxaziya Respublikası Xalq Məclisinin inzibati binasının yaxınlığında odlu silahdan Abxaziya Respublikasının hüquq-mühafizə orqanlarının yuxarıda qeyd olunan sahədə işləyən əməkdaşlarına atəş açıb”.
Komitənin iclası zamanı qondarma parlament binasının mühafizəsi gücləndirilib. Aksiya iyunda binanın ətrafına çəkilmiş hasarın yaxınlığında keçirilirdi.
İqtisadi Siyasət və İslahatlar Komitəsinin qərarına əsasən, “Oçamçire, Tkvaçeli və Qali rayonlarının sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi tədbirləri haqqında” qanun layihəsi Abxaziyanın qondarma parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq. Komitənin rəhbəri Rezo Zantaria bildirib ki, pilot layihə 150 hektar ərazidə tikinti işlərini nəzərdə tutur.
“Torpağın gizli satışı” – onun qəbul edilməsinə qarşı çıxanlar qanunu belə qiymətləndirirlər. De-fakto parlamentin üzvü Kan Kvarçianın dediyi kimi, mənzillərin tikintisi Abxaziyaya iqtisadi baxımdan “tamamilə heç nə” verməyəcək.
“Bu, sadəcə olaraq, gizli sxemdir, insanların Abxaziyaya girib daşınmaz əmlak əldə etməsi üçün bir fürsətdir. Bütün bunlarla, sayımızın azlığını nəzərə alsaq, bizə fayda verməyəcək demoqrafik partlayış əldə edə bilərik”, – Kvarçia yerli mediaya müsahibəsində bildirib.