Acara hökumətinin qərarına əsasən, sənaye emalı üçün qeyri-standart naringilərə verilən subsidiya iki dəfə artırılıb və fermerlər dövlət tərəfindən 15 tetri əvəzinə 30 tetri ilə maliyyələşdiriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu il, proqnoz məlumatlarına görə, Acarada 55 min tona qədər sitrus meyvəsi yığımı gözlənilir. Bu il ixrac üçün naringini 20-dən çox sitrus meyvələrinin qəbulu-emalı müəssisəsi təhvil alacaq. Qeyri-standart meyvələrə gəlincə, Kobuleti qablaşdırma fabriki qeyri-məhdud miqdarda emal edəcək.
Məqsədi sitrus meyvələrinin logistikasını və satışını təşviq etmək, həmçinin sitrus meyvələrinə subsidiyalar vermək olan sitrus meyvələri üzrə qərargah fevralın 1-dək fəaliyyətini davam etdirəcək. Hər kəsin məlumat ala biləcəyi qaynar xətt fəaliyyətə başlayacaq.
2022-ci ildə Gürcüstandan 21,2 milyon ABŞ dolları (36,1 min ton) dəyərində sitrus meyvələri ixrac edilib. Sitrus meyvələri 15 ölkəyə ixrac edilib.
Sitrus meyvələrinin əsas ixrac bazarları Ermənistan və Rusiyadır ki, bura da 10,7 milyon və 9,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilir. Sitrus meyvələrinin ixracı - Ermənistan 18 000 ton, Rusiya 17 140, Ukrayna 418, Almaniya 128, Belarus 142, Qazaxıstan 120, İraq 96, Azərbaycan 20, Türkiyə 18, digər ölkələr 43 ton.