“Gürcüstan Xəbərləri”nin apardığı advokatlaşdırma nəticəsində Raçanın Utsers kəndində yaşayan 40 ailənin ata-baba torpağına qoyulan həbs Qərbi Gürcüstan rayon prokurorluğunun tələbi ilə ləğv edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Xəbərləri” məsələni araşdırana, prosesə vəkil cəlb edilib, müxalifətçi deputatlar da məsələ ilə maraqlanana qədər, prokurorluq bir neçə yerli sakinə təklif edib ki, fəsadların qarşısını almaq və həbs olunmamaq üçün ittihamı irəli sürüldükdə iddia müqaviləsi bağlasınlar -
Utseralılar etmədikləri cinayəti, ata-baba torpaq sahələrini, guya dələduzluq yolu ilə mənimsədiklərini boynuna almalı, bütün torpaq sahələrini dövlətə təhvil verməli idilər, prokurorluq isə onlar üçün cəza olaraq yalnız cərimə və ya şərti cəza tədbiri seçilməsini tələb edirdi.
Utsera kəndi Rioni çayının dar vadisində salınıb. Onsuz da, torpağı az olan Raçada bu, olduqca kiçik bir kənddir. Yerli əhalinin əkinçilik üçün meşə kənarında kiçik bir tarlası var. 2020-ci ildə Utseralılar bu ata-baba torpaqlarını heç bir problem olmadan şəxsi mülk kimi rəsmiləşdiriblər. Hökumət gizli şəkildə Raça və Kvemo Svanetidəki 104 712 hektar meşəni rus oliqarxın şəriki Davit Xidaşeliyə 49 il müddətinə [Raça meşələrinin işğalı] verən kimi, bir ay ərzində kəndlilərin şəxsi mülkiyyətinə həbs qoyulub. Bu, Utserada yeganə boş yerdir və tikinti, turizm biznesi üçün əlverişli və cəlbedicidir.
Hökumət torpaq sahələrinin dələduzluq yolu ilə zəbt edilməsindən şikayətlənir. İstintaq bir ildən çoxdur ki, davam edir, lakin prokurorluq, nəinki kiminsə dələduzluğunu sübut edib, hətta Utsera sakinlərindən bir vətəndaşı belə dindirməyib. Buna baxmayaraq, Utseralıların şəxsi mülkiyyət hüququ məhdud idi.
“Gürcüstan Xəbərləri” tərəfindən Raça meşələri ilə bağlı jurnalist araşdırması dərc edildikdən sonra “Mülki Fəaliyyətləri Mərkəzi” qeyri-hökumət təşkilatı Utseralıların hüquqlarını müdafiə etmək üçün işə cəlb olunub. Vəkil Vladimer Kutateladze Qərbi Gürcüstanın Rayon Prokurorluğuna müraciət edərək Utseralıların əmlakınaqoyulan həbsin ləğv edilməsini tələb edib.
“Gürcüstan Konstitusiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarına və 2022-ci il sentyabrın 29-da Cinayət-Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əmlaka həbs qoyulması 2 mərhələdə həyata keçirilir və hər mərhələdə əmlaka qoyulan həbs müddəti 12 ay olaraq müəyyən edilir. İstintaq müddətində himayəmdə olan şəxslərin əmlakına həbs qoyulub, istintaqın isə müəyyən müddəti yoxdur, bununla da qanuni tələblər pozularaq, onların konstitusiya ilə təmin edilmiş mülkiyyət hüququnun məhdudlaşdırılmasına şərait yaradılıb. Ona görə də biz prokurorluqdan Kutaisi Şəhər Məhkəməsinə müraciət etməyi və həbs qoyulmuş torpaq sahələrinin azad edilməsini tələb etməyi xahiş etdik”, - vəkil Qərbi Gürcüstan Prokurorluğundan bir ay ərzində cavab ala bilməyib, rayon prokurorunun hərəkətsizliyindən Baş Prokurorluğa şikayət edib.
Həmin dövrdə Gürcüstan parlamentinin üzvləri Xatuna Samnidze, Teona Akubardia və Tamar Kordzaia Utseraya gəliblər. Deputatlar Tbilisiyə qayıtdıqdan sonra müvafiq qurumlara yazılı müraciət edərək izahat tələb ediblər, həmçinin parlamentdə mətbuat konfransı keçirərək prokurorluğu cavab verməyə çağırıblar.
Bundan sonra Qərbi Gürcüstanın rayon prokurorluğu Kutaisi Şəhər Məhkəməsinə Utserada yaşayan 40 ailənin hamısının ata-baba torpaqlarına qoyulan həbsi aradan qaldırmaq üçün vəsatət qaldırıb.