Affekt halı idi, məni həbs edəcəklərini söylədi - qadının qətlində təqsirləndirilən şəxs həbs cəzasına məhkum edildi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

26 yaşlı Mariam Qamtskitulaşvilini ağırlaşdırıcı şəraitdə qəsdən öldürməkdə təqsirləndirilən 22 yaşlı Tornike Qamxvetelaşvili barəsində Telavi Rayon Məhkəməsinin hakimi Mamuka Tsiklauri həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edir.

“Oktyabrın 6-da məhkəməni tərk etdim, o, məhkəməyə gəldi və barışmağımızı istədi. Ona dedim ki, işin buraya qədər gəldiyinə görə onunla elaqədə olmaq istəmirəm. Sonra mənə yazdı ki, yanında olmasam, özünü öldürəcək, belə hədələdi. Dedim ki, niyə özünü öldürürsən, özünə bax, çünki özəlimizi camaatın gözünə çıxarıb, məni boş yerə məhkəməyə verəcək adamla münasibət qurmaq istəmirəm.

Buna baxmayaraq, ertəsi gün mən olduğum yerə taksi ilə gəldi. Malın yanında idim. Mənə deyirdi ki, biz barışmalıyıq. Ona dedim ki, onunla barışmaq istəmirəm. Biz ancaq razılaşdıq ki, mən ondan öz əşyalarımı alacağam, onun özü bunu xahiş etdi. O, getmədiyi üçün mən də əşyaları götürməyə qalxacağımı dedim. Evə gələndə mənə dedi ki, getməmişdən əvvəl, ayrılığımıza bir az içək. Məndə, yaxşı içək dedim. Biz içəndə hardansa birdən rəfiqəsi gəldi. Başa düşdüm ki, mənim qadağam olduğu üçün məni tutturacaqlar. Ona qədər də dedi ki, məni tutturmaq üçün məni o evə yalanla gətirdi. Mən ondan qurtula bilmədim. Rəfiqəsi uşaqları çıxardı, dedi ki onları mağazaya aparır. Uşaqlardan biri qabağki korpusda yaşayan nənəsinin yanına qalxıb və deyib ki, dalaşırlar onu həbs edin. Bu rəfiqəsi də aradan çıxdı, uşaqlar heç orada yox idilər. Gedəcəkdim, amma o, mənə “heç yerə gedə bilməzsən”, “səni tutub belə edəcəklər” deyirdi.

Çox sərxoş idim, ümumiyyətlə, içmirəm, amma sərxoş olanda da dedim ki, məni rahat burax.  Məni o qədər qıcıqlandırdı və dəli etdi ki, bu axmaq şeyi etdim və peşman oldum, amma daha heç nə kömək edə bilməz. Hər şeyə görə peşmanam. Onunla tanış olduğuma görə də peşmanam.

Mənim həyat yoldaşım deyildi. Sadəcə tanış olduq və birlikdə yaşayırdıq. Mən onu heç vaxt həyat yoldaşı adlandırmamışam. Yalan deyirəm, bu hadisədən yayına bilərdim, amma bu affekt halı, bu münasibət və onun mənə qarşı olan danışmaq tərzi, çox əsəbiləşdim və bütün bunları ona görə etdim. Niyə, nə üçün məni başqsına yar etmək istəmirdi. Tutsalar idi məni nə üçün oturmalıydım həbsdə ya indi nə üçün oturmalıyam.

Ümümiyyətlə peşmanam ki bu insanla tanış oldum”, - məhkəmə zamanı Tornike Qamxvetelaşvili deyib.

Vəkil təqsirləndirilən şəxs barəsində girov tədbiri seçilməsini istəyib, məhkəmə bunu təmin etməyib.

Mariam Gamtskitulaşvili oktyabrın 9-da öldürülüb. Qətldən beş gün əvvəl Tornike Qamxvetelaşvili ona fiziki təzyiq göstərib. Polis onu məişət zorakılığı və hədələmə ittihamı ilə həbs etdi, lakin hakim Mamuka Tsiklauri onu 2000 lari girov müqabilində sərbəst buraxdı.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs qətli törədən zaman sərxoş vəziyyətdə olub. Qarşılıqlı mübahisə zəminində o, qeyri-qanuni nikahda olan həyat yoldaşına bıçaqla boynundan və döş qəfəsindən çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Mariam Qamtskitulaşvili yerindəcə dünyasını dəyişib.

Tornike Qamxvetelaşvilini 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

İş üzrə məhkəmənin hazırlıq iclası noyabrın 22-də saat 13:00-da keçiriləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur