Parlament çoxluğunun üzvlərinin təşəbbüsü ilə hazırlanan “Xarici agentlər haqqında” qanun layihəsi məhdud fiziki imkanlı şəxslərin problemləri ilə məşğul olan təşkilatlara şamil edilməyəcək. Bu barədə qanun layihəsinin müəlliflərindən biri Quram Maçaraşvili parlamentin Hüquq məsələləri komitəsinin iclasında məlumat verib. Bundan əlavə, parlament çoxluğunun üzvləri qanun layihəsində “agent” ifadəsinin əvəzinə “xaricdən maliyyələşdirilən qurum” və ya “xaricdən maliyyələşdirilən təşkilat” ifadələrinin işlədilməsinə müsbət rəy veriblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İclasda “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili təşəbbüslə çıxış edib ki, istisna hal olaraq, məhdud fiziki imkanlı şəxsləri təmsil edən təşkilatlara qanun şamil edilməsin.
“Bəli, həqiqətən də bununla, o cümlədən təhsil və lisenziyalı tibb müəssisələri ilə bağlı, yəni proseslərlə praktiki olaraq təması olmayan və hər hansı riskin mövcud olmadığı sahələrlə əlaqədar məsləhətləşmələr apardıq. Ona görə də bu, birinci dinləmə səviyyəsində nəzərə alınacaq”, - Maçaraşvili bildirib.
Parlamentin Hüquq Məsələləri üzrə Komitəsi doqquz saata yaxın davam edən müzakirədən sonra “xarici təsir agentləri haqqında” hər iki qanun layihəsini bəyənib və dəstəkləyib. Qanun layihələri sabah, martın 7-i saat 12-də keçiriləcək plenar iclasda birinci oxunuşda müzakirəyə çıxarılacaq. Saat 10-da sessiyanın gündəliyini təsdiq edəcək olan büronun iclası planlaşdırılır. Büronun iclası ilə eyni vaxtda müxalifət və qeyri-hökumət təşkilatları Parlament qarşısında aksiya keçirəcəklər.
“Xarici agentlərin qeydiyyatı haqqında” və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihələri maliyyəsinin 20%-dən çoxu xaricdən olan media qurumları və qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçirməyə məcbur edir. Bundan əlavə, Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, onların şəxsi məlumatlarını emal etmək və 25 min lari məbləğində cərimə təsis etmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxs üçün 5 il həbs cəzası da nəzərdə tutulub.
Müstəqil media qurumları, qeyri-hökumət təşkilatları, vətəndaşlar və müxalifət partiyalar qanun layihələrinə etiraz edirlər.
Bu gün, martın 6-da Hüquq Məsələləri üzrə Komitənin iclasına paralel olaraq, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan parlamenti “eynən Rusiyada və digər oxşar ölkələrdə olduğu kimi vətəndaş cəmiyyətini ləkələyən, müstəqil medianı və fərqli səsləri susduran bu qanunları dəstəkləməməyə” çağırıb.