Aİ, ABŞ və Böyük Britaniya nümayəndələri sanksiyalarla bağlı Tbilisiyə gəlirlər

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Devid O’Salivan, Cim O’Brayen və Kumar Ayer

Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Salivan bu gün, iyunun 26-da Gürcüstana səfər edəcək. Aİ səfirliyindən verilən məlumata görə, bu, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri, səfir Cim O’Brayen və Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf İdarəsinin iqtisadiyyat, elm və exnologiya, üzrə baş direktoru Kumar Ayerin də iştirak edəcəyi birgə səfər olacaq. 

“Devidd O’Salivan Gürcüstan hakimiyyəti ilə ümumi maraq dairəsinə daxil olan məsələləri, xüsusən də sanksiyalar və onların effektiv tətbiqini müzakirə edəcək. Səfərin məqsədi birbaşa rabitə kanalının açılması və gələcək əməkdaşlığa əsaslanan dialoqun formalaşdırılmasıdır”, - Aİ nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

Devd O’Salivan iki günlük səfər çərçivəsində baş nazir İrakli Ğaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili, iqtisadiyyat naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava və baş prokuror İrakli Şotadze ilə görüşəcək. Biznes nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Avropa İttifaqının rəsmi məlumatına əsasən, Gürcüstanın hakimiyyəti xüsusi nümayəndənin səfəri üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı əməkdaşlığa tam hazırlığını ifadə edib və yaxın əməkdaşlığın davam edəcəyinə ümid bəslənilir.

 

Bu mövzu haqqında:

Aİ Gürcüstanı aviasiya sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırır

გელა მთივლიშვილი
გელა მთივლიშვილი
„საქართველოს ამბების“ რედაქტორი. პროფესიით იურისტია. აშუქებს ადამიანის უფლებებთან, ეთნიკურ უმცირესობებთან, კონფლიქტის ზონებთან და ტერორიზმთან დაკავშირებულ თემებს. E-mail: Mtivlishvili@gmail.com