Rus qanunu əleyhinə aksiyada saxlanılan və 2 gündür ailəsi tərəfindən axtarılan Qela Nadiradze tapılıb və evdədir. Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzenin “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, bu məlumatı bu yaxınlarda “GGHA”ya Nadiradzenin ailə üzvləri veriblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qela Nadiradzeni nə xəstəxanalarda, nə də müvəqqəti saxlama təcridxanalarında tapmaq mümkün olmayıb. Dünən axşam saat 18:00 radələrində onun “Müqəddəs Mixael Archangel adına çoxşaxəli kliniki xəstəxana” MMC-yə yerləşdirilməsi və qabırğasının ağır zədələnməsi barədə ailəyə məlumat verilib.
Gənc Hüquqşünaslar Assosiasiyasının açıqlamasında bildirilir ki, xəstəxananın nümayəndələri telefon danışığı zamanı ailə üzvlərinə zərərçəkmişin xəstəxanadan polis tərəfindən aparıldığını, lakin hadisə yerinə gəldikdən sonra onlara Qela Nadiradzenin xəstəxanadan bu gün buraxıldığı və onu polisin aparmadığı bildirilib.
“GGHA” Xüsusi İstintaq Xidmətini dərhal Qela Nadiradzenin işi, o cümlədən qurbanın saxlanıldığı yerin müəyyənləşdirilməsi ilə bağlı istintaqa başlamağa çağırıb.
“Qela Nadiradzenin polisin effektiv nəzarəti altında xəsarət alması halında, dərhal müvafiq istintaq hərəkətlərinə başlanılmalı və zərərçəkmişə hədə-qorxu gəlinməməli və ya başqa təsirlərə məruz qoyulmamalıdır”, - “GGHA” bildirib.