İrsiyyət Platformasının açıqlamasına görə, mehmanxana milli əhəmiyyətli mədəniyyət abidəsi olan Alaverdi Kompleksinin ərazisində qanunsuz tikilir və tikinti işləri dərhal dayandırılmalıdır. “ICOMOS Georgia”, “Milli Fond”, “Mavi Qalxan” və abidələrin mühafizəsi istiqamətində fəaliyyət göstərən digər təşkilatları birləşdirən platforma hesab edir ki, qərar qəbul edən şəxslərə qarşı mümkün məmur cinayətlərinə görə istintaq başlanılmalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Alaverdi Katedralı 2007-ci ildən YUNESKO-nun Ümumdünya İrsi Abidələrinin ilkin nüsxəsindədir. İrsiyyət Platforması hesab edir ki, abidənin vizual mühafizəsi sahəsi hazırda mlli əhəmiyyətli abidələr üçün qanunla müəyyən edilmiş 500 metr deyil, 1000 metr radiusunda olmalıdır. Məlum olduğu kimi, tikintisində yeparxiyanın baş keşişi Abba Alaverdelinin fəal iştirak etdiyi mehmanxana kilsədən 500 metr radiusda tikilir.
İrsiyyət Platforması öz qiymətləndirməsində vurğulayır ki, milli əhəmiyyətli abidə statusu təkcə XI əsrdə tikilmiş Müqəddəs Qiorqi Məbədinə deyil, həmçinin kompleksə daxil olan bütün digər abidələrə - zəng qülləsi, palata, qala, saray, zirzəmi, hamam və darvazaya da verilməlidir. Bu hal Alaverdinin kompleks abidə kimi fiziki mühafizə sahəsini artırır.
Qanuna əsasən, abidənin vizual mühafizə sahəsi müəyyən edilir: abidələr üçün - 300 metr radiusunda; Milli əhəmiyyətli abidələr üçün - 500 metr radiusunda; Ümumdünya İrsiyyət Siyahısına daxil edilmiş abidələr üçün - 1000 metr radiusunda.
2022-ci il fevralın 3-də “Badaqoni” şirkəti Axmeta Bələdiyyəsinin Alaverdi kəndində kilsənin yaxınlığında premium səviyyəli, 32 otaqlı “Alaverdi Resort” mehmanxanasının tikintisinin təməlini qoyub. Tədbirdə Gürcüstanın Atraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, hazırki Iqtisadiyyat və Davamlı İnkişaf Naziri və baş nazirin müavini vəzifəsində çalışan Levan Davitaşvili, qubernator, parlament üzvləri və yerli özünüidarəetmə orqanlarının nümayəndələri də iştirak ediblər. Şirkət tikintinin həmin ilin sentyabrında başa çatacağını güman edirdi.
Tədbirdən bir neçə gün sonra “Dağ Xəbərləri” Axmeta Meriyasından, Mədəni İrsiyyət üzrə Milli Agentlikdən və Mədəniyyət Nazirliyindən mehmanxananın tikintisi ilə bağlı sənədlər tələb edib. İmtina səbəbindən “Dağ Xəbərləri” hər üç quruma qarşı məhkəməyə müraciət edib. İl yarımdan çox vaxt keçib və Tbilisi Şəhər Məhkəməsi hələ də Nazirlik və Agentliyə qarşı qaldırılan iddialara baxmağa başlamayıb. Telavi məhkəməsi Axmeta meriyasına tələb olunan sənədləri “Dağ Xəbərləri”nə verməyi tapşırıb. “Badaqoni” şirkətinin Alaverdi keşişinin dəstəyi və himayəsi ilə mehmanxananı qeyri-qanuni tikdirdiyi təsdiqlənib – tikintiyə icazə verilməyib. “Dağ Xəbərləri” Axmeta meriyasından abidənin vizual mühafizə zonasında qanunsuz tikinti faktına Nəzarət Nidmətinin necə reaksiya verməsi ilə bağlı materiallar tələb edib. Məhz bundan sonra meriya “Badaqoni” şirkətinə qarşı inzibati xəta haqqında protokol tərtib edib və onu cərimələyib. “Badaqoni” mehmanxanası tikintisi layihəsində bir sıra dəyişikliklər edib. Şirkət tətbiq olunan cəriməni ödəyib, bundan sonra Axmeta meriyası tikintiyə icazə verib.