ALDE "Oçneba"nı aviasanksiyalara qoşulmağa və Rusiya ilə "flört etməyi" dayandırmağa çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Liberallar və Demokratlar Alyansı (ALDE) Stokholmda keçirilən konqresdə Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası ilə bağlı qətnamə qəbul edib.

Qətnamədə Gürcüstan hökumətinin Rusiya ilə birbaşa uçuşları bərpa etməsi, habelə Gürcüstanın Mülki Aviasiya Agentliyi tərəfindən Rusiya aviaşirkətlərinə uçuş icazəsi verməsi ilə bağlı təəssüf ifadə olunub.

ALDE üzvləri həmçinin narahatdır ki, Gürcüstan rəsmiləri Qərbi və Avropa İttifaqını Gürcüstanı müharibəyə sürükləmək istəməkdə ittiham edirlər. Qətnamədə bildirilir ki, bu, Avropa İttifaqının imicini sarsıdır və yalnız Rusiya hökumətinə yaraşan dezinformasiya yayır.

Qətnamənin mətnində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sanksiyaya məruz qalan ailə üzvlərinin Gürcüstan sərhədlərinə daxil olması məsələsi yer alıb. ALDE hesab edir ki, Gürcüstan hökumətinin mövqeyi Rusiya ilə əməkdaşlığı dərinləşdirməkdən ibarətdir və buna görə onlar təəssüflənirlər.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq, ALDE Gürcüstan hökumətinə və hakim partiya olan “Gürcü arzusu”na çağırış edir:

  • Aviasiya sektorunda Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulsunlar və bu sanksiyalardan yayınmaq üçün mümkün cəhdlərə qarşı diqqətli olsunlar;
  • Avropa Komissiyasının 12 tövsiyəsini yerinə yetirməməklə və Bidzina İvanişvilinin oliqarx hakimiyyətini saxlamaqla Avropa İttifaqına və NATO-ya inteqrasiya prosesini sabotaj etməyi dayandırsınlar;
  • İqtisadi və siyasi əlaqələri fəal şəkildə dərinləşdirməklə Rusiya hökuməti ilə “flört etməyi” dayandırsınlar;
  • Qərb əleyhinə təbliğat və dezinformasiya kampaniyalarını dayandırsınlar;
  • Siyasi təqibləri dayandırsınlar və Lazare Qriqoriadis, Nika Qvaramiya və Mixeil Saakaşvilini azad etsinlər.

Qətnamə müəllifləri Gürcüstanın Avropa İttifaqına və NATO-ya üzv olmaq ambisiyalarını, eləcə də 12 tövsiyəni yerinə yetirdikdən sonra ona Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəyişməz şəkildə dəstəklədiklərini təsdiqləyirlər.

Avropa Liberallar və Demokratlar Alyansı Avropada 60 siyasi partiyanı birləşdirir. Onun Gürcüstandan olan üzvləri "Lelo", "Qirçi - Daha çox Azadlıq", "Strategiya Ağmaşenebeli", "Respublika Partiyası" və "Azad Demokratlar"dır. ALDE 705 üzvlü Avropa Parlamentində 68 deputatla təmsil olunur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur