“Mən məhkəmə sistemini idarə edən hansısa klan və ya komandanın olmasını qəti şəkildə istisna edirəm”. Gürcüstan Ali Məhkəməsinin hakimi vəzifəsinə namizəd Qizo Ubilava bildirib. Bu gün komitədə Ali Ədliyyə Şurasının seçdiyi üç hakimin dinlənməsi keçirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tbilisi Şəhər Məhkəməsinin Cinayət Hüquq Kollegiyasının hakimi Qizo Ubilavadan Komitənin sədri, “Gürcü Arzusu”nun deputatı Anri Oxanaşvili soruşub ki, 2012-ci ilə qədər məhkəmə ilə münasibətdə “klan” sözünün istifadə olunmamasının, 2012-ci ildən sonra isə bu terminologiya ilə “məhkəyə hücum” olunmasını nəyin doğurduğunu soruşub.
“Heç bir klan yoxdur. Birmənalı olaraq. Düz qeyd etdiniz, həqiqətən də çalışırlar, çünki bu illər ərzində klan adlandırdıqları ilə bağlı bir fakt da deyə bilməyiblər. Məhkəmədə klan yoxdur. Bu qədər əsassız şəkildə demək ki, guya məhkəmədə klan var, mənim üçün anlaşılmazdır. Bu, ölkə daxilindəki sistemə ziyan vurur. Daha doğrusu buna cəhd olunur.
Bizim cəmiyyət ziyalı cəmiyyətdir və anlayır ki... onların niyə və ya nəyi klan adlandırdıqlarının bir nümunəsi belə mənim üçün anlaşılmazdır. Sanki bir komanda var, sanki bu komanda məhkəməyə nəzarət edir. Mən belə bir faktı qəti şəkildə istisna edirəm və sözügedən faktı təsdiqləyən və əsassız olaraq bunu hansısa klan və bir komandanın məhkəməyə nəzarət etməsi kimi təqdim edən şəxslərlə razılaşa bilmirəm. Fikrimcə, hansısa komanda [termini] 12-dən sonra deyib və inkişaf etdirib, əks halda bunu başqa cür izah edə bilmərəm”, - deyə hakim bildirib.
Anri Oxanaşvili ona, qəbul etdiyi qərarlara hökumət nümayəndələrinin hər hansı təsirinin olub-olmaması ilə də maraqlanıb.
“Heç bir ünsiyyət baş tutmayıb, təzyiqdən danışmağa ehtiyac belə yoxdur. Beyd olunan məsələ qanunla da tənzimlənir. Kimin olmasından asılı olmayaraq - hökumət, başqa şəxs, partiya da olsa - hesabat vərəqəsi ilə dərhal məhkəmə sədri ilə müraciət edərdim, mənim tərəfimdən müvafiq cavab da gələrdi və qeyd olunan fakt qeydə alınacardı.
Heç kimdən heç bir əlaqə, təzyiq, hətta konkret bir işlə bağlı nə edəcəyimi soruşmaq halı da olmayıb. Mən həmkarlarımdan da belə bir faktın qeydə alındığını eşitməmişəm”, - Qizo Ubilava bildirib.
Ali Ədliyyə Şurası Qizo Ubilava, Badri Şonia və Qoça Ceiranaşvilini Ali Məhkəmədəki 3 vakant vəzifəyə seçilmək üçün parlamentə təqdim edib. Qizo Ubilava 2019-cu ilə qədər prokuror olub, 2020-ci ildən isə Tbilisi Şəhər Məhkəməsində hakim vəzifəsində çalışır.
2022-ci ildə Qizo Ubilava Nika Qvaramia işinin hakimi Laşa Çxikvadze ilə həmrəy olduğunu bildirən və ABŞ-a getməkdən imtina edən 5 hakimdən biri idi. “Bizimlə səyahət edən həmkarlarımız güman edirdilər ki, əslində Çxikvadzedən konkret qərarla bağlı hesabat tələb olunub. Buna görə də biz getməkdən imtina etdik. Bizim bu səfərə getməyə mənəvi haqqımız yox idi”, - deyə Ubilava həmin vaxt izah edib.
2023-cü ilin noyabrında Ali Ədliyyə Şurasının qərarı ilə Qizo Ubilava ömürlük Tbilisi Şəhər Məhkəməsinin cinayət kollegiyasının hakimi vəzifəsinə təyin edilib.