Alman fondları rus qanununun onların fəaliyyətinə ciddi mane olacağını bildirir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto © REUTERS/İrakli Gedenidze

Gürcüstanda təmsil olunan alman siyasi fondları “Gürcü arzusu”nun rus tipli qanunu ilə bağlı dərin narahatlığını bildirir. Onların fikrincə, qanuna yenidən baxılması ölkənin beynəlxalq reputasiyasına və Qərb tərəfdaşları ilə münasibətlərinə mahiyyətcə xələl gətirir.

“Qanunun qəbulu Gürcüstanın demokratikləşməsi prosesinə ən böyük töhfə vermiş Gürcüstan vətəndaş cəmiyyəti təşkilatlarının və müstəqil KİV-in işinə ciddi ziyan vuracaq. Bu, tənqidi səslər üçün məkanı daha da azaldacaq və qütbləşməni təşviq edəcək”, - “Heinrich Böll”, “Friedrich Ebert”, “Friedrich Naumann” və “Konrad Adenauer” fondlarının imzaladığı bəyanatda deyilir.

Almaniya fondları bildirirlər ki, Gürcüstan vətəndaşları dəfələrlə Gürcüstanın Avropa gələcəyinə dair güclü istəklərini və qanuna qəti etirazlarını bildiriblər.

“Biz bir çox hörmətli qurumlar tərəfindən qanunun tənqidinə şərikik. Biz Gürcüstan parlamentini gürcü və beynəlxalq maraqlı tərəflərin narahatlığını ciddi qəbul etməyə və qanunu dəstəkləməməyə çağırırıq.

İyirmi il əvvəl Gürcüstanda fəaliyyətə başladığımız gündən vətəndaş cəmiyyəti təşkilatları və müstəqil media bizim dəyərli tərəfdaşlarımız olub”, - deyə fondlar qeyd edir və qanun qəbul olunarsa, Gürcüstan üçün həyati əhəmiyyət kəsb edən işlərinin ciddi maneələrlə üzləşəcəyini bildirirlər. 

“Bundan başqa, biz çox təəssüf edirik ki, qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına tam inteqrasiyasını təmin etmək üçün Gürcüstanın konstitusiya öhdəliyinə ziddir”, - bəyanatda oxuyuruq.

aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 17-də parlamentin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib, bu gün, aprelin 29-da isə qanuna ikinci oxunuşda Hüquq Məsələləri Komitəsində baxılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur