Almaniya Gürcüstandakı ukraynalı qaçqınlara kömək üçün 5 milyon avro ayırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Almaniya Xarici İşlər Nazirliyi müharibədən zərər çəkmiş Gürcüstanda yaşayan ukraynalı qaçqınlara yardım üçün 5 milyon avro ayırıb. Məbləği “İşçi Samaritan Birliyi” (ASB) əldə edəcək.
 
İyulun 18-də Almaniya səfiri Peter Fişerin “ASB Georgia” şirkətinin direktoru Klemens von Hymendala simvolik çek təqdim etdiyi mətbuat konfransı çərçivəsində “Münaqişədən zərər çəkmiş Ukrayna xalqına təcili humanitar yardım” layihəsinin başlanması elan edilib.

Yardım layihəsi çərçivəsində:

  • 3/6 ay ərzində 7200 nəfər müxtəlif təyinatlı maliyyə yardımı alacaq;
  • 60 “hresnik” [Ukraynada – ailə köməkçiləri] 3/6 ay müddətində ödəniş əldə edəcək;
  • 18 ay ərzində 2000 nəfərə psixoloji yardım göstəriləcək;
  • 3000 nəfərə qışlama üçün maddi yardım göstəriləcək.

Məqsədi ukraynalı qaçqınların vəziyyətini yaxşılaşdırmaq və onların ehtiyaclarını ödəmək olan layihəni “ASB Georgia” tərəfdaş təşkilatları “Unite Together” və “Gürcüstan  Samaritan Birliyi” ilə birgə həyata keçirəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur