Gürcü Pravoslav Kilsəsinin keşişləri Qennadi Qoqilaşvili və İakob Mestvirişvili, həmçinin diakonlar Spiridon Tskipurişvili və Basil Axvlediani Avropa İttifaqının bayraqlarını yandırıblar. Bu yolla onlar Mtsxeta meriyasının önündə ucaldılmış Avropa İttifaqının bayrağını söküb yandırdığına görə barəsində həbs qətimkan tədbiri seçilən Laşa Şaruxiaya həmrəyliyiklərini bildirirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yayılan videoda diakon Basil Axvlediani deyir ki, “xristiyanlar üçün Avropa İttifaqının bayrağı pozğunluq simvoludur”.
Bu adıkeçən din xadimlərinin Qərb və Aİ əleyhinə mesajlarla ilk çıxış etməsi halı deyil. Onlar da həbsdə olan Laşa Şaruxia kimi rusiyayönlü, zorakılıq və homofobik “Alt İnfo” hərəkatının tərəfdarlarıdır.
Dünən “Alt İnfo” üzvləri də Avropa İttifaqının bayraqlarını yandıraraq videoları sosial şəbəkələrdə paylaşıblar. Onları bu addımı atmağa hərəkatın lideri Zurab Maxaradze çağırıb.
“Video çəkin - “Mən, bu və bu, Laşaya həmrəyliyimi bildirirəm, o, həbsdə olmamalıdır, mən ona qoşuluram və Avropa İttifaqının bayrağına yandırıram". Bayrağı olan istifadə etsin, yoxdursa A4 formatında printerdə çap edin. Əsas olan simvolik dəstəkdir. Bizə videolar göndərin, mən bunu böyük bir kampaniyaya çevirmək istəyirəm. Mən də bunu edəcəm”, - Zurab Maxaradze dekabrın 19-da “Alt İnfo”nun efirində deyib.
Bir neçə gün əvvəl Laşa Şaruxia Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, yəni yandırma, partlatma və ya digər ümumi təhlükəli üsullarla özgənin əmlakını ziyan vurma və ya məhv etməyə görə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
“Mtsxeti meriyası namizəd statusunun əldə olunması ilə bağlı bayraqları ucaldıb. Bu şəxs etiraz əlaməti olaraq bayrağı yandırıb, xəsarət alan olmayıb. Bayrağın qiyməti 1000 lari olub, müvafiq olaraq ona 187-ci maddənin 2-ci hissəsi ilə ittiham irəli sürülüb”, – məhbusun vəkili Serqi Xurtsidze bildirib. “Məhkəmədə həbsin səbəbi prokurorluğun göstərdiyi cinayət fəaliyyətinin davam etməməsi üçün istifadə edilib. Həm prokurorluğa, həm də məhkəməyə bu şəxsin təkcə törətdiyi cinayətə görə deyil, həm də ideologiyasına, əqidəsinə, baxışlarına görə həbs edilməsi göstərişi verilib”.
Təqsirli bilinərsə, Laşa Şaruxianı 3 ildən 6 ilə qədər həbs gözləyir.
“Alt-İnfo”nun üzvləri və tərəfdarları bundan əvvəl də bir neçə dəfə Aİ bayraqlarını ictimai şəkildə yandırıblar. 2023-cü il martın 14-də keçirilən mitinqdə parlament binası önündə ucaldılmış bayrağı məhv ediblər. Həmin vaxt radikal hərəkatın lideri Zurab Maxaradze daha dörd nəfərlə birlikdə 1000 lari məbləğində cərimə olunub.
2021-ci il iyulun 6-da keçirilən mitinqdə parlamentin qarşısında ucaldılan bayraq endirilərək yandırılıb. Bu hadisədən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib və bu gün Avropa İttifaqının, NATO-nun və ya digər beynəlxalq təşkilatın dövlət qurumu tərəfindən ucaldılmış/nümayiş etdirilmiş bayrağının və ya gerbinin təhqir edilməsi fiziki şəxsin 1000 lari məbləğində cərimələnməsini nəzərdə tutur. Qanunun təkrar pozulması 2000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır.