Rusiyayönümlü və zorakılıq nümayiş etdirən “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı” partiyasının üzvləri parlament qarşısında aksiya keçirərək, ali qanunverici orqanın qarşısında ucaldılmış Aİ bayrağını endirərək, onu cırıb yandırıblar. “Alt-İnfo”nun lideri Şota Martınenko aksiyanın tələblərindən biri kimi “xarici agentlər” haqqında rus qanunun qəbulu ilə bağlı referendumun keçirilməsini səsləndirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz üç tələb qoyuruq: birincisi - hökumət iyulun 5-də həbs edilmiş günahsız insanları qeyd-şərtsiz azad etsin.
İkinci tələb - çevrilişi təşkil edən və burada insanları diri-diri yandıran hər kəs cəzalandırılsın. Əgər bunu etməsələr, sonda gürcü xalqı bunu daha ağır yollarla etməli olacaq. Ona görə də insanlara ədaləti öz əllərinə aldırmasınlar və bunu özləri icra etsinlər.
Üçüncüsü - Amerikanın qullarının burada dişləri ilə müdafiə etdiyi xarici agentlər, xarici qullar haqqında qanunun referendumu keçirilsin. Niyə burada bir ovuc qərb brendləri xalqdan bunun necə olacağını soruşmağa və agentlərə öz adlarını verməməyə qərar verdi. Biz bu üç tələbi sona qədər aparacağıq”, - deyə Martınenko bildirib.
Bu,“Alt-İnfo” üzvlərinin parlament binası yaxınlığında ucaldılmış Aİ bayrağını söküb yandırdığı ilk hal deyil. 2021-ci il iyulun 6-da baş tutan aksiyada da analoji fakt baş verib. Ondan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib və bu gün, dövlət başçısı tərəfindən ucaldılıb/nümayiş etdirilmiş Avropa İttifaqının, NATO-nun və ya digər beynəlxalq təşkilatın bayrağının və ya gerbinin təhqir olunması, fiziki şəxs üçün 1000 lari cəriməni nəzərdə tutur. Qanunun təkrardan pozulması 2000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır.
“Hökumətimiz o əskini cırdığımıza görə cərimə yazıb. Mən endirdim, qəbz göndərin, vecimə də deyil. Gürcüstanda yalnız Gürcüstan bayrağı asılmalıdır”, - deyə Rusiyayönümlü partiyanın qurucularından biri olan Zurab Maxaradze aksiya iştirakçıları qarşısında bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı inzibati icraata başlanılıb. Qaydanı pozan şəxslər polis tərəfindən müəyyən edilərək cərimələnəcək.