“Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyasının ləğvindən sonra rusiyayönlü qüvvələrin təmsilçiləri “Gürcü İdeyası” ilə parlament seçkilərində iştirak etməyi planlaşdırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün “Gürcü Arzusu”nun mərkəzi ofisi yaxınlığında keçirilən mitinqdə “Alt İnfo”nun liderlərindən biri Zurab Maxaradze “Gürcü İdeyası” partiyasını hədiyyə aldıqlarını bildirib.
“Cənab Levan Çaçua və yoldaşları bizə öz partiyalarını hədiyyə verdilər. Bu partiya əvvəlki seçkilərdə iştirak edib və qeydiyyatdan keçib. Belə bir addımı atan cənab Levan Çaçuaya, onun yoldaşlarına təşəkkür edirik”, - Maxaradze bildirib.
Gələn həftə “Gürcü İdeyası”nın qurultayı keçiriləcək, burada adı dəyişdiriləcək və partiyanın yeni sədri seçiləcək. “Alt İnfo” nümayəndələri deyirlər ki, hakimiyyət onlara qarşıdan gələn seçkilərdə iştirak hüququ verməsə, insanları küçələrə çıxaracaq, magistral və dəmir yollarını bağlayacaq, ölkəni iflic vəziyyətinə salacaqlar.
“Siyasi ab-hava yaratmaq üçün mütləq ən azı 20 nəfərlə parlamentə gəlməliyik – yalnız küçədə, mitinqdə və ancaq “Facebook”da olmaqla olmur. Biz gəlib milli-xristian gündəmimizi qurmalıyıq”, - homofobik aksiyaların təşkilatçılarından biri Quram Falavandişvili bildirib.
Partiyaların reyestrindən çıxarışa əsasən, Rusiyayönlü, anti-Qərb və homofob mesajları ilə seçilən “Gürcü İdeyası” siyasi birliyi 2014-cü ildə qeydiyyatdan keçib.
Təxminən üç il əvvəl Milli Dövlət Reyestr Agentliyi tərəfindən siyasi partiya kimi qeydiyyata alınan “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” aprelin 8-də həmin qurumun qərarı ilə ləğv edilib. Dövlət Reyestrində Korrupsiyaya Qarşı Mübarizə Bürosunun 3 aprel müraciəti əsasında partiyanın qeydiyyatının qanuniliyi araşdırılıb və müəyyən edilib ki, “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” rəhbərliyi tərəfindən 2021-ci il dekabrın 6-da təqdim edilmiş təsis sənədləri qeydiyyata alınması qanunla müəyyən edilmiş tələblərə cavab verməmişdir. Nizamnamə qurultay tərəfindən təsdiq edilməmişdi.
“Mühafizəkarlar Hərəkatı/Alt İnfo” oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırırdı və bu məqsədlə martın sonunda 50 mindən çox tərəfdarının imzasını Mərkəzi Seçki Komissiyasına təqdim etmişdi.