Gürcüstan parlamentində andlılar məhkəməsi tərəfindən mühakimə edilə bilişlər sırasına polisə müqavimət və polisə hücum kimi cinayətlərin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi irəli sürülüb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanun layihəsinin müəllifi müxalif “Qirçi” partiyasının üzvü İaqo Xviçadir. Onun sözlərinə görə, martın 7-9-da keçirilən etiraz aksiyalarının iştirakçılarının həbsi qanunda dəyişiklik edilməsinin zəruriliyini göstərib.
“Təqsirləndirilən şəxsin hüquqlarının tam müdafiə ehtimalını daha çox hansı nöqteyi -nəzərdən gördüyünü seçmək, özünün qərar vermək imkanı olmalıdır. Sözügedən dəyişiklik yalnız bir sıravi müttəhimin maraqlarına xidmət etmir, bu addımla dövlət həm məhkəmə prosesləri zamanı, həm də bilavasitə qərar qəbul edərkən hər hansı sual işarəsinin yaranması ehtimalını istisna edir”, - İaqo Xviçia bildirib.
Deputat qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmasını xahiş etsə də, parlamentin büro üzvləri bunu dəstəkləməyib. Sənəd Hüquq Məsələləri Komitəsinə təqdim olunub.
Qanunvericilər “Qırçı”nın təşəbbüskarı olduğu dəyişiklikləri dəstəkləsələr, andlılar məhkəməsinin mühakimə edəcəyi cinayətlərin dairəsi genişlənəcək və ona Cinayət Məcəlləsinin 353 və 353-cü Prima maddələri əlavə olunacaq.
İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze hesab edir ki, “geniş miqyaslı təhlil” lazımdır və oxşar əhəmiyyətə malik qurumun konkret işlərə uyğunlaşdırılması “yaxşı təcrübə deyil”.
“Qanun layihəsi Qriqoriadisin işindən sonra “Qirçi” tərəfindən irəli sürülüb. Bir hüquqşünas və millət vəkili kimi bir fərdi işi çox ciddi qurumlara uyğunlaşdırmağın yaxşı təcrübə olduğunu düşünmürəm. Bu faktiki olaraq hüquq sistemini təhrif edir”, - Sarjveladze bildirib.
Martın 7-9-da keçirilən etiraz aksiyalarından sonra həbs edilən 21 yaşlı Lazare Qriqoriadisi və digər müttəhim Tornike Akopaşvilinin ailəsi onların işlərinə andlılar heyəti tərəfindən baxılmasını tələb edirlər. Onların hər ikisi Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə həbs edilib. Prokurorluq polis əməkdaşına hücumla yanaşı, Qriqoriadisi 187-ci maddədə, yəni başqasının əmlakını yandırmaqla məhv etməni nəzərdə tutan cinayəti törətməkdə də ittiham edir. Məhkəmə Lazare Qriqoriadisi barəsində həbs qətimkan tədbiri seçilib, Tornike Akopaşvilini isə 3000 lari məbləğində girov cəzasına məhkum edib.