Tetritskaro bələdiyyəsinin Asureti kəndində hava şarı yüksək gərginlikli elektrik xəttinə çırpılıb, nəticədə uçuş aparatında olan hər üç nəfər - iki gürcü və bir polşalı həlak olub. Ölənlər arasında “İmedi” teleşirkətinin operatoru Mişo Bidzinaşvili də var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Meriyanın Asureti üzrə nümayəndəsi Armaz Metreveli “Gürcüstan Xəbərləri”nə bildirib ki, qəza bir neçə saat əvvəl baş verib və hazırda hadisə yerində istintaq tədbirləri davam edir.
“Ölənlərin kimliyi hələlik məlum deyil, lakin yerli sakinlərdən deyillər. Bu günə kimi biz Asuretidə hava şarı görməmişik. Manqlisi tərəfdən gəlib yüksək gərginlikli dirəyə çırpılıb. Bu gün güclü külək əsir və görünən odur ki, çırpılmaya səbəb bu olub”, - merin nümayəndəsi bildirib.
Hava şarı bu gün Potinin mərkəzi meydanından havaya qalxıb və Kaxetiyə uçmalı imiş. Bu, hazırlıq, sınaq uçuşu imiş və bununla göyərtədə olan insanlar, gürcü R. U. və polşalı K. Z. hava şarında ən uzun məsafəni uçmaq üzrə dünya rekordunu qırmağı hədəfləyirmişlər.