Bu gün saat 13:00 radələrində Tbilisinin Vaja Pşavela prospektində yerləşən “Aversi” klinikasından üç məhbus qaçıb. Məhbuslar klinikaya tibbi müayinədən keçmək üçün gətirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, bu tip cinayətlər bütün ölkələrdə baş verir. Nazir qaçan məhbusları vaxtında özlərinə gəlməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olmağa çağırıb.
“Biz Daxili İşlər Nazirliyi ilə koordinasiyalı işləyirik və təbii ki, hər cür tədbirlər görülür ki, bu insanlar vaxtında saxlanılsın, cəmiyyət üçün təhlükə yaranmasın. Qorxulu heç nə yoxdur. Əgər hər hansı işçi tərəfindən qanun pozuntusu aşkar edilərsə, həmin işçi məsuliyyətə cəlb olunacaq.
Həmçinin onların ailə üzvlərinə, eləcə də onlarla əlaqəsi ola biləcək şəxslərə səslənirəm ki, hər cür dəstək bu insanlar üçün ağır cinayətdir. Əgər kimsə bu insanlara gizlənməyə kömək edərsə, onlar qanunun tam sərtliyi ilə cəzalandırılacaqlar”, - deyə nazir bildirib.