Avro-2024-də Gürcüstan yığması Türkiyəyə 3:1 hesabı ilə uduzub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın milli futbol yığması Avropa çempionatının ilk oyununda Türkiyəyə 3:1 hesabı ilə uduzub.

İlk qolu 25-ci dəqiqədə Türkiyə millisinin üzvü Mert Müldür vurub. Hesab 32-ci dəqiqədə Qiorqi Koçoraşvilinin ötürməsindən sonra Qiorqi Mikoutadzenin qapıya endirdiyi dəqiq zərbə ilə bərabərləşib. İlk hissə heç-heçə başa çatıb. İkinci hissədə türkiyəli futbolçular Arda Gülər ​​və Kerem Aktürkoğlu Gürcüstanın qapısına 2 qol vurub.

“Məğlub olmaq heç vaxt xoş deyil, lakin, biz gürcü futbolunu yaxşı tərəfdən təqdim etdik. Çoxlu qol imkanlarımız oldu. Yəqin ki, Türkiyəninki qədər. Ancaq bu, futboldur vəburada bir qalib olur. Təbii ki, nəticə bizi qane etmir, amma hesab edirəm ki, çıxışımızla fəxr edə bilərik.

Çempionat başlayanda təbii ki, qrupdan çıxmaq haqda düşünürsən. Əsas məqsədimiz yaxşı oyun göstərməkdir. Komanda belə inkişaf edir. Təbii ki, şənbə günü də eyni səviyyədə oynayacağımıza əminəm və oyunu səbirsizliklə gözləyirəm”, - Gürcüstan millisinin baş məşqçisi Vili Saniol oyundan sonra deyib.

Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilən qarşılaşma yerli vaxtla saat 18:00-da güclü yağış şəraitində başlayıb və gərgin keçib. Qeyd edək ki, oyun başlamazdan əvvəl Gürcüstan və Türkiyə azarkeşləri arasında dava olub. Qarşıdurmanın qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

Gürcü və türk azarkeşlər arasında dava - “Reuters”in fotosu

Gürcüstan millisi növbəti oyunlarını iyunun 22-də Çexiyaya, iyunun 26-da isə Portuqaliyaya qarşı keçirəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur