Altı müxalifət partiyasının imzaladığı “Birlik Bəyannaməsi”nə “Avropa Gürcüstanı” qoşulmayacaq. Partiya Bidzina İvanişviliyə qarşı bir neçə siyasi ağırlıq mərkəzinin yaradılmasının tərəfdarı olduqlarını və “Milli Hərəkat”la birliyi müzakirə etmədiklərini bəyan edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avropa Gürcüstanı” hesab edir ki, Gürcüstanın Avroatlantika ailəsinə qayıtması ətrafında müxalifət partiyalarını birliyi mütləqdir.
“Biz bu haqlı tələbə cavab olaraq prezidentin təşəbbüsünə qoşulduq və Avro-Atlantik inteqrasiya yoluna qayıtmaq üçün rejim dəyişikliyindən sonra atılmalı olan əsas addımları özündə əks etdirən “Gürcü Xartiyası”nı imzaladıq. Bəzi müxalifət partiyalarının xartiyanın şərtlərinə sadiq olduqlarını “Müxalifətin Birliyi Bəyannaməsində”bir daha təsdiqləmələrini alqışlayırıq.
Ortaq nöqtələrin mövcud olmasına baxmayaraq, “Avropa Gürcüstanı” bəyannaməni imzalamır, çünki:
- Uzun müddətdir ki, biz “Milli Hərəkat”la birliyi nəzərdən keçirməyəcəyimizi ilk növbədə ona görə bəyan etmişik ki, seçicilərin seçimlərini məhdudlaşdırmaq, vahid siyahı təklif etmək birmənalı olaraq İvanişvilini məğlub etmək işinə xidmət etmir; Bundan əlavə, “Milli Hərəkat”ın son illər fəaliyyət göstərdiyi şəxsiyyətə pərəstiş üzərində qurulan kölgə idarəçiliyi modelini antidemokratik hesab edir və qəti şəkildə inanırıq ki, digər müxalifət partiyalarını belə bir qüvvə ilə qarışdırmaq yalnız gürcü demokratiyasına xələl gətirir və seçiciləri məyus edir;
- Hesab edirik ki, müxalifətin səslərini səfərbər etmək vəzifəsini bir neçə siyasi ağırlıq mərkəzi daha yaxşı yerinə yetirəcək və biz artıq bəyan etmişik ki, bir tərəfdən İvanişvilini məğlub etməkdə, digər tərəfdən, Gürcüstan vətəndaşlarının maraqları naminə Saakaşvili/Kezeraşvilinin anti-demokratik təsirinin neytrallaşdırılmasında müttəfiq olmağa hazır olan partiyalarla məsləhətləşmələr aparacağıq. ;
- Hesab edirik ki, məzmun xarakterli və sistemli məsələlər üzrə partiyalar arası debatlar seçicilərin məlumatlandırılması vəzifəsi üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, bəzi müxalifət qüvvələrinin, xüsusən də İvanişvilini məğlub etmək vəzifəsini puça çıxaran “Milli Hərəkat”ın hərəkətlərini tənqid etməməyi mümkünsüz hesab edirik.
- 2018-ci il prezident seçkiləri öncəsi “Avropa Gürcüstanı” Avropa Xalq Partiyasının təşəbbüsü ilə “Milli Hərəkat”la təxminən analoji razılaşma imzaladı. Bu razılaşma təkcə nümayişkaranə şəkildə pozulmadı, həm də “Milli Hərəkatın” prezidentliyə namizədi Qriqol Vaşadze tərəfindən ələ salındı. Müqavilənin pozulması faktı “Milli Hərəkat” liderlərindən heç birini narahat etmədi və müxalifət seçiciləri pozulan bütün razılaşmaların demokratik qiymətini bu partiyaya ödətməyənə qədər də narahat olmayacaq. İnanırıq ki, bu, 2024-cü il seçkilərində İvanişvili rejiminin məğlubiyyəti ilə baş verəcək”, - partiyanın bəyanatında deyilir.
“Milli Hərəkat”, “Lelo”, “Droa”, “Axali”, “Strategiya Ağmaşenebeli” və “Qirçi – Daha Çox Azadlıq” partiyaları oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən əvvəl və seçkilərdən sonra birləşməyi nəzərdə tutan “Gürcüstan Müxalifətinin Birlik Bəyannaməsi” ni imzalayıblar. Partiyalar söz verirlər ki, bir-birilərinə hücumlardan qaçınacaq, yeni parlamentdə “Gürcü Arzusu”nun iştirak edəcəyi hökumətin qurulmasına səs verməyəcək və vahid prezidentliyə namizədi dəstəkləyəcəklər. “Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin sözlərinə görə, birgə bəyannamənin hazırlanması və imzalanması bir neçə avropalı deputatın ideyası olub. “Lelo”nun baş katibi İrakli Kupradze qeyd edib ki, sənəd vahid siyahının dəstəyini əks etdirmir.