“Milli Hərəkat”, “Lelo”, “Droa”, “Axali”, “Strategiya Ağmaşenebeli” və “Qirçi – Daha Çox Azadlıq” partiyaları oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən əvvəl və seçkilərdən sonra birləşməyi nəzərdə tutan “Gürcüstan Müxalifətinin Birlik Bəyannaməsi”ni imzalayıblar. Partiyalar söz verirlər ki, bir-birlərinə hücumlardan çəkinəcəklər və yeni parlamentdə “Gürcü Arzusu”nun iştirak edəcəyi hökumətin qurulmasına səs verməyəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin sözlərinə görə, müxalifətin razılığı və resursların birləşdirilməsi bir neçə Avropa Prlamenti deputatının ideyası olub. İmza atan partiyaların nümayəndələri izah edirlər ki, bəyannaməni qəbul etmək seçkilərdə vahid siyahı ilə iştirak etmək demək deyil.
“Biz oliqarx Bidzina İvanişvilinin rəhbərliyi altında “Gürcü Arzusu”nun son dövrlərdəki hücumlarından, eləcə də eyni oliqarxa itaət edən, demokratiyanın təməl dəyərlərinə məhəl qoymayan və Gürcüstanın Avropa İttifaqına və NATO-ya daxil olmaq istəklərinə qəsdən mane olan hökumətin hərəkətlərindən narahatıq və prezident Salome Zurabişvilinin təqdim etdiyi “Gürcü Xartiyası”nın məqsədləri ətrafında birləşirik.
Qarşıdan gələn seçkilərdən əvvəl və seçkilərdən sonra Gürcüstan parlamentində aşağıdakı məqsədlərə çatmaq üçün birləşəcəyimizi bəyan edirik:
- Bidzina İvanişvili tərəfindən ələ keçirilmiş dövləti oliqarxiyadan və onun itaətində olan “Gürcü Arzusu” partiyasının hakimiyyətindən azad edək;
- Gürcüstanı Avropa İttifaqına sürətli inteqrasiya yoluna qaytaraq;
- Qeyd olunan məqsədlərə çatmaq üçün biz hər şeyi edəcəyik ki, birləşək və növbəti seçkilərdə inamlı qələbə qazanaq.
Biz bunu Gürcüstanın vətəndaş cəmiyyəti və Gürcüstanın Avropa gələcəyini dəstəkləyən və qoruyan bütün Gürcüstan vətəndaşları ilə birlikdə edəcəyik.
Qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün biz həm parlament seçkilərindən əvvəl, həm də parlament seçkilərindən sonra birliyi nəzərdə tutan “Birlik Bəyannaməsi”ni imzalayırıq.
Biz, imza atanlar razılaşırıq:
- Qarşıdan gələn seçkilər öncəsi səylərimizi gücləndirək ki, bir dənə də olsun seçki səsi itirilməsin, 5%-lik baryeri keçmək problemi yaranmasın;
- 2024-cü il iyulun 8-dən gec olmayaraq seçkilərdə maksimum nəticə verəcək birliyimizin ən effektiv konfiqurasiyasını tapaq;
- Etik müstəvidə qalaraq, ölkənin üzləşdiyi məsələləri müzakirə etməyə davam edib, seçkidən əvvəl və seçkidən sonra bir-birimizə hücumlardan çəkinək;
- “Gürcü Arzusu”nun təbliğatına vahid səylə qarşı çıxaq;
- “Gürcü Xartiyası”nda verilən bəndləri yerinə yetirmək üçün seçkilərdən sonra vahid hakim koalisiyanın yaradılmasını razılaşdıraq;
- Yeni parlamentdə “Gürcü Arzusu”nun iştirak edəcəyi hökumətin qurulmasına səs verməməyi öhdəmizə götürək;
- Parlament seçkilərindən sonra prezident seçkilərində vahid prezidentliyə namizədi dəstəkləyək;
- Demokratiyanı qorumaq və Gürcüstanı Avro-Atlantik yola qaytarmaq üçün mübarizə aparmış və hələ də mübarizə aparan vətəndaş etiraz hərəkatları və fəallarla strateji siyasi məqsədlər və fəaliyyətlər ətrafında birləşək;
- Xaricdə yaşayan gürcü seçicilərini seçkilərdə maksimum iştiraka çağıraq, onları səfərbər edək və tərəfdaş ölkələrdən mövcud prosesi asanlaşdırmağı xahiş edək;
- Bütün seçki səslərinin qorunması və seçki saxtakarlığının qarşısının alınması üçün səyləri birləşdirməyə razılaşaq;
- Biz Qərb tərəfdaşlarımızdan Gürcüstan vətəndaşlarının ədalətli və şəffaf seçkilərdə iştirak hüququnu qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmələrini xahiş edirik, çünki bu imkanı “Gürcü Arzusu” hökuməti bilərəkdən məhdudlaşdıra bilər;
- Biz ATƏT/DTİHB, Avropa Parlamenti, Avropa Şurası və digər qurumları parlament seçkilərinin uzunmüddətli müşahidəsini təmin etməyə çağırırıq”.
Partiyaların bildirdiklərinə görə, bəyannaməyə digər müxalifət partiyaları da qoşula bilər.