Gürcüstan prezidenti “Gürcü Arzusu” tərəfindən “xarici agentlər” haqqında rus qanunun qəbulu və xarici kursun dəyişdirilməsi ilə ölkədə yaranmış vəziyyətlə əlaqədar vahid fəaliyyət planı təqdim edib. Salome Zurabişvili siyasi partiyalara Avrointeqrasiya, ölkədə demokratiya və ədalətli dövlətin bərqərar olması üçün zəruri olan bütün məsələlərdə uzlaşma, razılıq və şərtlər qoymağı təklif edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İndi siz bütün konkret planları gözləyirsiniz və mənim borcumdur, əgər mən bunu öz borcum hesab edirəmsə və belə bir məsuliyyətin fərqindəyəmsə, bu böyük gözləntiyə cavab verim və birlikdə bizi ilk növbədə özümüzə və eyni zamanda Avropaya aparacaq bu yolu cızaq. Bu yol seçki yoludur. Oktyabrın 26-da keçiriləcək seçkilərə dinc, əmin-amanlıq və sabitliklə çatmalıyıq. Biz əvvəlki kimi səfərbər olmalı, eyni zamanda diqqətli olmalı, bu sülhü, sabitliyi qoruyub saxlamalıyıq.
Bu gün bir çox insanlar qalib düsturunu görməyə bilər, bu gözləntiləri hansı gücə etibar etməli olduqlarını görməyə bilərlər. Bilirəm ki, çoxları seçkiqabağı vədlərə inanmır, böyük ölçüdə siyasətçilərə qarşı etimadını itirib. Bu heç kimin günahı deyil. Məhz ona görə ki, bizim müəyyən keçmişimiz var. Buna baxmayaraq, nihilizmə, tamahkarlığa və fərdi siyasi ambisiyalara təslim olmaq vaxtı deyil”, - deyə prezident bildirib.
Salome Zurabişvili “Gürcü Xartiyası”nda qeyd olunan öhdəlikləri növbəti parlamentdə yerinə yetirməyə hazır olan bütün siyasi partiyalara imzalamağı təklif edir və “bu, boşuna verilən söz deyil” deyir.
“Bu xartiyanın icrası və etimadın bərpası üçün yeni siyasi reallıq yaradılmalıdır. Bunun üçün fərqli birlik, fərqli parlament, fərqli seçki və fərqli hakimiyyət lazımdır!
Fərqli birlik
Bu, birləşmə olmadan yaranan birlikdir! Yalnız və yalnız bu xartiya ətrafında və onun həyata keçirilməsi üçün, yəni Avropa gələcəyi ətrafında birlik olmalıdır”, - deyə prezident izah edib ki, bu xartiya ətrafında razılaşma nə vahid siyahı, nə də başqa zəruri siyasi birlik tələb etmir və nəzərdə tutmur.
“Siyasi partiyalar bu birgə xartiyanı imzaladıqdan sonra seçki taktikalarının və strategiyalarının nə olacağına özləri qərar verməlidirlər – bu, artıq mənim işim deyil.
Fərqli seçkilər
Bugünkü siyasi şərait, seçki mühiti hər kəsə öz üzünü, proqramını, mənliyini təqdim etmək imkanının veriləcəyi, müntəzəm seçkilər keçirmək imkanı vermir.
Bu seçkilərdə kimə deyil, nəyə səs verdiyimizə qərar verməliyik, ona görə də bu seçkilər əslində xalq referendumu olacaq. Növbəti suallara cavab vermk üçün referendum: Avropanı istəyirik ya yox? Və biz xartiyanı imzalayan hər hansı partiyaya səs verdikdə, əslində “Gürcü Xartiyası”na səs veririk və beləliklə Avropa gələcəyinə!
Fərqli bir parlament
Bu, konkret müddətə seçilən və konkret Avropa planını həyata keçirən parlament olacaq. Bu parlament xartiya üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməcək, bundan sonra mandatı seçicilərə qaytaracaq və yeni, azad şəraitdə növbədənkənar parlament seçkiləri keçirəcək.
Bu qısamüddətli mandat bir çox riskləri sığortalayır, o cümlədən seçiciləri, gördüyümüz kimi, hər hansı bir gücün qeyri-müəyyən müddətə hakimiyyətdə qalmaq yanılğısından qorxudur.
Fərqli bir hökumət növü
Bu, tamamilə yeni hakimiyyət modeli olacaq, siyasi partiyalardan ibarət hökumət deyil, cəmiyyətdə peşəkarlığı ilə seçilən və seçilmiş bir hakimiyyət olacaq. Hökumətin işə qoyulma prosesi prezidentlə razılaşdırılaraq həyata keçiriləcək.
Bu, dinc, məqsədyönlü, məhsuldar və yüksək avropalı yoldur. Gürcü xalqı bizi istənilən qeyri-sabitlikdən və təhlükəli qarşıdurmadan qoruyan demokratik seçkilər yolu ilə qərar verəcək. Fərqli fikir başqa yerdə və başqa formada deyil, məntəqədə deyilməlidir. Bu plan bizim sülh yolu ilə çıxış yolumuzdur və mən bu xilas yolunu qorumaq və Avropaya qayıtmaq üçün məsuliyyət daşıyıram. Eyni zamanda, bu plan bizi strateji dostumuz Amerikanın bu gün bizə təklif etdiyi faydalara aparacaq. Bu o deməkdir ki, biz konstitusiyamızın elan etdiyi və zəmanət verdiyi xarici kursa qayıdırıq”, - deyən prezident “Gürcüstan Xartiyası”nda nəzərdə tutulan islahatlar barədə ictimaiyyəti məlumatlandırıb:
3. Ölkənin Avropa kursu üçün zərəli olan qanunların ləğvi
Avropa yoluna və Avropa tövsiyələrinə zidd olan bütün qanunları dərhal ləğv edəcəyik. Xüsusilə, “xarici təsirin şəffaflığı haqqında” qanuna, yəni rus qanununa, “Seçki Məcəlləsinə” ediləcək dəyişikliklər barədə qanuna, “dinləmə” və “ofşor” qanunlarına və s.
2024-cü il etirazında iştirak edən nümayişçilərə qarşı qaldırılan siyasi motivli işləri də ləğv edəcəyik və amnistiya qəbul ediləcək.
3. Ədliyyə sisteminin azad edilməsi və etimadın bərpası
Məhkəməni azad etmək - biz hakimlərin dürüstlüyünü, sənədsiz əmlakın mənşəyini yoxlamaqla klan idarəçiliyindən azad olacağıq; Yoxlama siyasi motivli qərarları ilə məhkəməyə inamı sarsıdan və onun nüfuzuna xələl gətirən bütün hakimlərə şamil ediləcək; Yoxlama Konstitusiya Məhkəməsinin, Ali Ədliyyə Şurasının, Ali Məhkəmənin, Apellyasiya və Şəhər Məhkəməsinin bütün üzvlərini əhatə edəcək; Yoxlama bütün yeni hakimlərə də şamil ediləcək. Məhkəməyə yeni hakimlər əlavə olunacaq ki, bu da məhkəmənin sıxlığını və işlərə baxılma müddətlərinin pozulmasını aradan qaldıracaq; İşlərin bölüşdürülməsi prosesində siyasi təsirlərin istisna edilməsi üçün məhkəmədə işlərin elektron bölgüsü sistemi tam tətbiq olunacaq; Hakimlər ikinci müddətə inzibati vəzifə tuta bilməyəcəklər; Biz andlılar məhkəməsinin mandatını gücləndirəcəyik və onun səlahiyyətlərini yüksək ictimai maraq doğuran işlərə genişləndirəcəyik.
Ali Ədliyyə Şurasının əsas islahatına daxil olacaq - həddindən artıq səlahiyyətlər götürüləcək, yəni: hakimlərin cinayət təqibi üçün rıçaq olan intizam icraatı hüququ; inzibati orqanların sədrlərini seçmək hüququ; Ədliyyə Məktəbi Şuradan müstəqil olacaq; Ali Məhkəmənin hakimlərinin seçilməsi proseduru dəyişəcək: şura namizədləri yalnız konstitusiya ilə müəyyən edilmiş meyarlar üzrə yoxlayacaq və onları seçəcək olan parlamentə tam siyahını təqdim edəcək. Şura üzvlərinə aşağıdakılar qadağan ediləcək: digər inzibati vəzifələri tutmaq; iki dəfə seçmək imkanı. Şurada hakim olmayan üzvlər mühüm qərarlara təsirinə edə biləcək.
3. İslahatların digər prioritet addımları aşağıdakılara şamil olunacaq:
Prokurorluq - baş prokuror yüksək kvorumla və yalnız bir müddətə seçiləcək; Prokurorluq Şurası gücləndiriləcək.
DTX/DİN - hakimiyyətin konsentrasiyasını azaltmaq üçün DTX və DİN-də əsaslı islahatlar aparılacaq. Onların hər birinin fəaliyyətinə səmərəli parlament nəzarəti yaradılacaq ki, bu da onları siyasi təsirlərdən qoruyacaq.
Xüsusi İstintaq Xidmətini - hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilən zorakılıq hallarında vətəndaşların hüquqlarını qorumaq üçün gücləndirəcək və ona real müstəqillik verəcəyik.
Antikorrupsiya Qurumu - icraçı hakimiyyətindən ayırıb, ona real təsir rıçaqlarını verəcəyik. İlk növbədə, biz onu korrupsiya işləri üzrə istintaq səlahiyyətləri ilə təchiz edəcəyik. Qurumun rəhbərini Gürcüstan parlamenti seçəcək və o, parlament qarşısında hesabat verəcək.
Milli Bank - İdarə Heyətinin üzvlərinin sayını artırmaq, icraçı və qeyri-icraçı üzvlərini balanslaşdırmaqla müstəqilliyini bərpa edəcəyik. Fərdi qərarlar qəbul etmək imkanını istisna edəcəyik. Milli Bank rəhbərinin Gürcüstanın beynəlxalq öhdəliklərinə zidd olan əmri ləğv ediləcək.
Tənzimləyici Orqanlar - siyasi təsirdən azad ediləcək və müstəqil rəhbərlər demokratik yolla təyin olunacaqlar.
4. Seçki sisteminin gücləndirilməsi - ədalətli və azad seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılacaq: MSK sədrinin seçilməsi proseduru və MSK-nın kadr təminatı təkmilləşdiriləcək, seçki baryeri aşağı salınacaq, blokların yaradılması imkanları bərpa olunacaq, partiyaların maliyyələşdirilməsi proseduruna yenidən baxılacaq, diaspora seçkilərdə maneəsiz iştirak etmək imkanı veriləcək.
Yeni siyasi reallıq yaratmaq
Biz, 2024-cü il oktyabrın 26-da keçiriləcək seçkilərdə gürcü xalqından mandat alacaq bu xartiyanı imzalayanlar, birinci yaz sessiyası bitənə qədər və başa çatdıqdan sonra bu xartiyada yazılan şərtləri yerinə yetirməyi öhdəmizə götürür və söz veririk ki, növbədənkənar parlament seçkiləri azad və ədalətli şəraitdə hazırlanacaq və keçiriləcək.
Həmçinin, biz söz veririk ki, bu fəaliyyət planının həyata keçirilməsinə cavabdeh olacaq hökumət Gürcüstan prezidenti tərəfindən irəli sürüləcək”, - xartiyada deyilir.
Salome Zurabişvili bir daha vurğulayıb ki, o, bu planı siyasi partiyalara, Avropapərəst, qərbyönlü olmaq iddiası və ambisiyaları olan bütün partiyalara təklif edir. Onlar iyunun 1-dək “gürcü xalqı qarşısında bu çox çətin məsuliyyəti qəbul edib-etməmək, bu addımları atmaq və yerinə yetirmək” barədə qərar verməlidirlər.