Avropa Komissiyası Avropa İttifaqına vizasız səyahət rejiminə nəzarətin gücləndirilməsi və vizasız rejimin dayandırılması mexanizminin yenidən nəzərdən keçirilməsi üzərində işləməyə başlayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa Komissiyasının fikrincə, vizasız səyahət Aİ-yə üzv ölkələr və üçüncü ölkələr üçün əhəmiyyətli iqtisadi, sosial və mədəni faydalar gətirir. Eyni zamanda, ötən illər göstərdi ki, vizasız səyahətdən əhəmiyyətli miqrasiya və təhlükəsizlik problemləri yarana bilər.
“Aİ-nin viza siyasəti ilə qeyri-kafi uyğunluq vizasız rejimə malik ölkəni Aİ-yə qeyri-qanuni giriş üçün tranzit mərkəzinə çevirə bilər”, - Avropa Komissiyasından bildirilib.
Onların fikrincə, Aİ ilə vizasız rejimə malik üçüncü ölkələrdə istifadə edilən investorlara vətəndaşlıq verilməsi sxemi Aİ üçün təhlükəsizlik, o cümlədən mütəşəkkil cinayətkarlıq, qara pulların yuyulması, vergidən yayınma və korrupsiya riskləri yaradır.
“Bu [investorlar üçün vətəndaşlıığın verilməsi] Aİ üzvü olmayan vətəndaşlara vizasız rejimdən faydalanan ölkənin vətəndaşlığını almağa və Aİ-yə vizasız daxil olmağa imkan verir”, – Avropa Komissiyası qeyd edir.
Ona görə də onlar hesab edirlər ki, bu problemlərin həlli və risklərin qarşısının effektiv alınması üçün mövcud qaydaların yenidən qiymətləndirilməsi və təkmilləşdirilməsi lazımdır. Avropa Komissiyası məsələni Avropa Parlamenti və Avropa Şurası ilə birlikdə müzakirə edəcək, bundan sonra 2023-cü ilin payızında vizasız rejimin dayandırılması mexanizminin yenidən nəzərdən keçirilməsinə dair qanunvericilik təklifi təqdim edəcək.
Hazırda Avropa İttifaqı ilə Gürcüstan da daxil olmaqla Aİ-yə daxil olmayan 61 ölkənin vizasız rejimi mövcuddur.
Vizasız rejimin dayandırılması mexanizmi qeyri-qanuni miqrasiya və ya təhlükəsizlik risklərinin qəfil və əhəmiyyətli dərəcədə artması halında ölkələrlə viza rejiminin müvəqqəti bərpasını nəzərdə tutur.