Avropa Parlamenti 2022-ci il Saxarov mükafatını prezident, seçilmiş liderlər və vətəndaş cəmiyyətinin təmsil etdiyi Ukrayna xalqına verib. Bu barədə Avropa Parlamentinin sədri Roberta Metzola məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Metzolanın sözlərinə görə, son doqquz ay ərzində Avropa Parlamenti və dünya ukraynalıların öz azadlıqlarını, evlərini və ailələrini qorumaq üçün qəhrəmancasına mübarizə apardığını görüblər.
“Ancaq eyni zamanda ukraynalılar hamımızın inandığımız dəyərləri - azadlıq, demokratiya, qanunun aliliyini qorumaq üçün Avropa üçün həyatlarını riskə atırlar. Heç kim bu mükafata daha çox layiq deyil. Bu mükafat yerdə döyüşən ukraynalılara, qaçmağa məcbur olanlara, qohumlarını və dostlarını itirənlərə, inandıqları uğrunda dayanıb mübarizə aparanlara verilir. Mən bilirəm ki, cəsur Ukrayna xalqı təslim olmayacaq, biz də təslim olmayacağıq”, - Metzola bildirib.
“Vikiliks”in həmtəsisçisi Julian Assanj və Kolumbiya Həqiqət Komissiyası bu il Saxarov Mükafatının finalçıları arasında olublar.
“Saxarov mükafatına layiq görüldüyünə görə Ukrayna xalqına minnətdaram. Ukraynalılar hər gün terror dövlətinə qarşı döyüş meydanında azadlıq və demokratiya dəyərlərinə sadiqliklərini sübut edirlər. Bu yolda Avropa ölkələrinin dəstəyi Ukrayna üçün çox vacibdir”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Mükafatlandırma mərasimi dekabrın 14-də Strasburqda keçiriləcək.
Sovet dissident fiziki və siyasətçisi Andrey Saxarovun adına mükafat 1988-ci ildə təsis edilib. İnsan hüquq və azadlıqlarını qoruyan şəxslərə və təşkilatlara verilir. Keçən il Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı, 2020-ci ildə isə Belarus demokratik müxalifəti mükafata layiq görülüb. Mükafatın məbləği 50 min avrodur.