İyunun 6-9-da Avropa İttifaqı Parlamentinə seçkilər keçirilib. Fransa və Almaniya da daxil olmaqla bir çox ölkədə ilkin nəticələr ultra sağçı partiyaların uğurundan xəbər verir. Bunun fonunda Fransa prezidenti Emmanuel Makron parlamenti buraxaraq növbədənkənar seçkilər təyin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Marin Le Penin sağ populist “Milli Birlik” partiyası təxminən 32%, hakim “Renesans” isə 15% səs toplayıb. Fransa Sosialist Partiyası 14% səslə üçüncü yerdədir. Milli Assambleya üçün növbədənkənar seçkilərin birinci və ikinci turları iyunun 30-da və iyulun 7-də keçiriləcək.
“Millətçilərin və demaqoqların yüksəlişi təkcə millətimizi deyil, həm də Avropamızı, Fransanın Avropa və dünyada yerini təhlükə altına qoyur. İfrat sağçılıq həm fransız xalqının yoxsullaşması, həm də ölkəmizin süqutudur. Beləliklə, günün sonunda heç nə olmamış kimi davrana bilmərəm. Ona görə də səsvermə yolu ilə yenə parlament gələcəyimizin seçimini sizə vermək qərarına gəldim”, – Makron bildirib.
Almaniyada hakim koalisiyadakı üç partiya 30% səs toplayan sağ-mərkəzçi KDK/KSK (Xristian Demokratik İttifaqı/Xristian Sosial Birliyi) və 16% səs toplaması gözlənilən ultra sağçı “Almaniya üçün Alternativ” partiyasından xeyli geri qalır. Xüsusilə, kansler Olaf Şoltsun “Sosial Demokrat Partiyası” seçkilərdə cəmi 14%, “Yaşıllar” 12%, “Azad Demokratlar” 5% səs toplayır. Son Avropa Parlamenti seçkiləri ilə müqayisədə onların hamısı səslərini itirib.
Avropa İttifaqının 360 milyon vətəndaşı Avropa Parlamentinə 720 deputat seçir. Ümumilikdə ən çox səsi sağ-mərkəzçi partiyaların alyansı alıb.
İlkin nəticələrə görə, Avropa Parlamentində ən çox yerə Avropa Xalq Partiyası (APP) 191, “Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı” (S&D) - 135, Makronun da daxil olduğu “Avropanı Yenilə” (“Renew Europe”) partiyası - 83, “Avropa Mühafizəkarları və İslahatçılar” (ECR) - 71, “Kimlik və Demokratiya” (ID) - 57 “Yaşıllar”/“EFA” - 53, “Solçular” - 35. Təxminən 45 və 50 yer 2019-2024-cü illərdə yuxarıdaki heç bir siyasi qrupa daxil olmayan, parlamentdə yaradılmış yeni seçilmiş üzvlər siyasi qrupuna daxil olan üzvlərə arasında bölünüb.
Avropa Komissiyasının sədri və sağ-mərkəzçi Avropa Xalq Partiyasının əsas namizədi Ursula fon der Leyen Avropa seçicilərinə göstərdikləri etimada görə təşəkkür edib. “Bu gün “Avropa Xalq Partiyası” üçün yaxşı gündür. Biz Avropa seçkilərində qalib gəldik”, - o, jurnalistlərə açıqlamasında deyib.
Yeni seçilmiş parlament Avropa Komissiyası və Avropa Şurası da daxil olmaqla mühüm Avropa qurumlarının rəhbərlərinin seçilməsinə dəstək verməlidir.