Avropaya daşınan banan konteynerindən 52 kq kokain aşkar edib götürdük - Daxili İşlər Nazirliyi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadzenin sözlərinə görə, Ekvadordan Gürcüstan üzərindən Avropaya daşınmaq üçün banan yüklü dəniz konteynerinə gizli şəkildə yerləşdirilmiş 52 kiloqrama qədər narkotik vasitə olan “kokain” aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyi narkotik vasitələrin satışı ilə məşğul olan, qara bazarın 50%-dən çoxunu təmin edən böyük internet mağazalarından birini zərərsizləşdirdiklərini açıqlayıb.

“Mağazanı tərəfimizdən saxlanılan 1963-cü il təvəllüdlü Gürcüstan vətəndaşı işlədirmiş. O, həm də külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olub, onun şəxsi və yaşayış mənzilinə baxış zamanı onun göstərdiyi yerlərdən 4 kiloqrama qədər narkotik vasitə “kokain” və 27 min ədəd narkotik vasitə “ekstaz” həbləri və 10 kiloqram “Mdma” narkotik vasitəsi aşkar etdik”, - Kupatadze bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, son vaxtlar respublika üzrə narkotik cinayətlərinə görə 77 nəfər saxlanılıb, onlardan 23-ü narkotik vasitələrin satışında ittiham olunur. Saxlanılanlar Gürcüstan, İran, Türkiyə, Rusiya, Hindistan və Nigeriya vətəndaşlarıdır.

İstintaq Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır. Bu maddələr narkotik vasitələrin qanunsuz hazırlanması, istehsalı, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya götürülməsi, o cümlədən Gürcüstana qanunsuz idxal, Gürcüstandan qanunsuz ixrac, və ya tranzit beynəlxalq daşımanı nəzərdə tutur. Cinayətlər 20 ilə qədər və ya ömürlük həbslə cəzalandırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur