Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110-cu km-lik hissəsində (Pərvanə aşırımı) çətin meteoroloji şəraitə görə (çovğun, görmə qabiliyyətinin məhdudlaşlması) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qar və yolların buzlamasına görə Qomi-Saçxere-Çiatura-Zestafoni yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Çovğun və görmə qabiliyyətinin məhdudlaşmasına görə Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Poçt)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, fevralın 5-dən fevralın 8-dək Gürcüstanda yağıntı olacağı, əsasən qar şəklində və bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb rayonlarında), dağlıq regionlarda duman, çovğun olacağı, yolların buz bağlaması, uçqun təhlükəsi, elektrik xətlərinin donması gözlənilir. Dənizdə güclü, 6 bal gücündə tufan olması ehtimalı var. Fevralın 6-da çox güclü külək əsəcək.
Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.