axovka Su Elektrik Stansiyasının partladılması Rusiya təcavüzünün yeni mərhələsidir - Danilov

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilovun sözlərinə görə, Kaxovki SES-inin ruslar tərəfindən partladılması Rusiya təcavüzünün tamam yeni mərhələsidir.

“Kremlin yalançı ideoloji quruculuğu tamamilə və sonuncu dəfə dağıldı: “Ukraynanı azad etmək”, “faşistlərlə döyüşmək”, “yalnız hərbi obyektlərə ziyan vurmaq” və digər aldadıcı, xalis təbliğat və yalan tezislər... Qaçılmaz yoxa çıxmasını gözləmək. Rusiyaya və Putinin tarixdən silinməsininin qaçınılçazlığı gözləyişində, saxta maskalar artıq lazım deyil”, - Danilov Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasından sonra bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın dağıdılması, ukraynalıların qətli, iqtisadiyyat və əhali üçün həyati əhəmiyyət daşıyan strukturların məhv edilməsi kimi məqsədlərini açıq şəkildə bəyan edib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu gün keçirilən fövqəladə iclası ilə bağlı Danilov sadəcə deyib ki, “vaxtı gəlib çatmış olan Ukraynanın azad edilməsini heç kim və heç nə, heç bir rus dayandıra bilməz”.

Ukrayna hakimiyyətinin məlumatına görə, iyunun 6-da gecə saatlarında Rusiya işğalçı qüvvələri Xerson vilayətinin ilhaq edilmiş hissəsində yerləşən Kaxovka SES-in bəndini partladıb. Baş vermiş nəticəsində Dnepr çayında suyun səviyyəsi qalxıb və yaşayış məntəqələrini su basıb. Rusiya tərəfi insidentlə hər hansı əlaqəni rədd edir və bəndin Ukraynanın endirdiyi zərbələr nəticəsində dağıldığını iddia edir.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasından sonra daşqın zonasında 80 yaşayış məntəqəsinin aşkarlandığı məlum olub. Kaxovka su anbarından təmin olunanan əhali üçün içməli suyun verilməsi işləri və mülki əhalinin təxliyəsi davam etdirilir. İclasda “Dnepr”ə azı 150 ton mühərrik yağının töküldüyü, 300 tondan artıq yağın tökülmə təhlükəsinin olduğu açıqlanıb.

Dneprdəki Kaxovka su elektrik stansiyası ötən əsrin 50-ci illərində tikilib. Xerson rayonunda, Nova Kaxovka şəhərindən 5 kilometr aralıda yerləşir. Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiyanın işğalından əvvəl bölgədə yüz minlərlə insan yaşayıb, onlardan on minlərlə insan hələ də qalır.

Kaxovka su anbarı milyonlarla insanın içməli su mənbəyi idi, fermalar və təsərrüfatları suvarma suyu ilə təmin edib.

Prezident Volodimir Zelenskinin sözlərinə görə, dünya Rusiyanın təşkil etdiyi ekosidə cavab verməlidir. Ukrayna prezidentinin dediyi kimi, Rusiya həyata, təbiətə və sivilizasiyaya qarşı mübarizə aparır, o, Ukrayna torpağını tərk etməli və terrora tam cavabdeh olmalıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur